Maroş Şevçoviç: "Cənub Qaz Dəhlizi" Avropanı enerji ilə təmin edəndə özümüzü daha etibarlı hiss edəcəyik"

"Bizim əsas məqsədimiz enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır". Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.

"Bizim əsas məqsədimiz enerji təchizatı sahəsində iştirak edən tərəflər arasında münasibətlərdə şəffaflığın təmin olunmasıdır". Bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası bununla bağlı yeni qərarlar qəbul edib. "Avropa İttifaqı ölkələri istənilən enerji təchizatı məsələlərini Avropa Komissiyasının qərarlarına uyğun olub-olmadığını yoxlayır. Hər hansı bir təchizatçı yeni öhdəliklər əsasında bu və digər ölkənin ərazisində 40%-dən çox enerji təchizatını həyata keçirirsə, bu sahədə həmin təchizatçının bağladığı saziş Avropa Komissiyasına yoxlanılmaq üçün təqdim edilməlidir. Bu, o deməkdir ki, Avropa Komissiyasının qərarı vacibdir. Ən vacib məqam isə odur ki, biz enerji təchizatımızın şaxələndirilməsi istiqamətində işləyirik. Buna görə də bu gün biz  burdayıq. Bu layihə üzərində fəal işləyirik. Eyni zamanda, qlobal bazarlara çıxışın təmin edilməsi üçün sıxılmış maye qaz terminal şəbəkəsi üzərində də işləyirik. 2020-ci ildə "Cənub Qaz Dəhlizi" Avropanı enerji ilə təmin etməyə başlayanda biz enerji təhlükəsizliyi baxımından özümüzü daha etibarlı hiss edəcəyik". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31