Cənub Qaz Dəhlizi - Azərbaycanın regional və geosiyasi əhəmiyyətini artıran layihə
Son illər Azərbaycan bir çox qlobal əhəmiyyətli təşəbbüs və layihələrin gerçəkləşdiyi əsas məkanlardan, mərkəzlərdən birinə çevrilib. Yaxın tariximizdə reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s. kimi bütün bu layihələr, təşəbbüslər Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, onun həm region, həm də beynəlxalq aləmdəki yeri və rolunu da möhkəmlədib, nüfuzuna müsbət təsir göstərib. Eyni zamanda Azərbaycanın da bialavasitə təşəbbüskar və iştirakçısı olduğu bu kimi qlobal layihələr ölkəmizi yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda etibarlı tərəfdaşa çevirib.
16 Fevral 2018 14:30 İqtisadiyyatİndiyə qədər həyata keçirilən irimiqyaslı layihələr kimi Avropanın uzunmüddətli enerji layihəsi olan "Cənub Qaz Dəhlizi" layihəsi də Azərbaycana müsbət töhfələr verəcək
Son illər Azərbaycan bir çox qlobal əhəmiyyətli təşəbbüs və layihələrin gerçəkləşdiyi əsas məkanlardan, mərkəzlərdən birinə çevrilib. Yaxın tariximizdə reallaşan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və s. kimi bütün bu layihələr, təşəbbüslər Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, onun həm region, həm də beynəlxalq aləmdəki yeri və rolunu da möhkəmlədib, nüfuzuna müsbət təsir göstərib. Eyni zamanda Azərbaycanın da bialavasitə təşəbbüskar və iştirakçısı olduğu bu kimi qlobal layihələr ölkəmizi yerləşdiyi coğrafiyada, Cənubi Qafqazda etibarlı tərəfdaşa çevirib.
Artıq neçə ildir ki, müzakirəsi davam edən və daha bir qlobal layihə kimi tarixə düşən Cənub Qaz Dəhlizi layihəsi də bunlardan biridir. Məlumat üçün qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Cənubi Qafqaz qaz boru kəmərini, yəni Bakı-Tbilisi-Ərzurum xəttini genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsini nəzərdə tutan qlobal bir layihədir.. Bu layihə çərçivəsində hasil ediləcək təbii qazAzərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.
İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə çatdırılması planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Onu da qeyd edək ki, sözügedən istiqamətdə işlərin sürətləndirilməsi məqsədilə 2015-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. Çünki layihənin daha səmərəli və zamanında gerçəkləşməsi üçün iştirakçı dövlətlərin birgə səylərinin əlaqələndirilməsinə böyük ehtiyac duyulurdu. Təqdir edilən məqam ondan ibarətdir ki, Azərbaycanın bu təşəbbüsü hər bir iştirakı tərəfindən dəstək qazandı və qısa müddətdə Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının bir neçə toplantısı baş tutdu. Xüsusilə rəsmi Bakının Məşvərət Şurası təşəbbüsü Avropa Komissiyası tərəfindən dərhal dəstək qazandı. Bu vaxta qədər Məşvərət Şurasının Avropa Komissiyası və Azərbaycan tərəfinin təşkilatçılığı ilə 3 toplantısı keçirilib.
Bu günlərdə isə Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı baş tutdu. Görüş zamanı aparılan müzakirələr, səmimi və işgüzar mühitdə gedən söhbətlər bir daha onu təsdiq etdi ki, bu əməkdaşlıq formatı artıq səmərəsini verib və çox yaxşı nəticələrə yol açacağı şübhə doğurmur. Ümumiyyətlə, "Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biri kimi xarakterizə edilməlidir.
Bu da bir reallıqdır ki, Azərbaycanın əvvəlki illərdə qonşu ölkələrlə, Türkiyə və Gürcüstanla birlikdə həyata keçirdiyi layihələr Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün güclü bünövrə rolunu oynadı. Azərbaycan Cənubi Qaz Dəhlizi layihəsini reallaşdırmaqla təkcə Gürcüstan və Türkiyə kimi ənənəvi müttəfiqi ölkələri deyil, eyni zamanda daha çox ölkəni əhatə edən güclü regional əməkdaşlıq formatı qurmağa müvəffəq oldu.
Cənub Qaz Dəhlizi xüsusilə Avropanın enerji təhlükəsizliyi layihəsidir desək yanılmarıq. Çünki hazırda ciddi enerji təminatı problemi ilə üzləşən Avropanın Cənub Qaz Dəhlizi layihəsinə ehtiyacı var. Çünki hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal edir. Elə bu ehtiyacın göstəricisidir ki, qısa müddət ərzində bu layihəyə maraqlı olan qitə ölkələrinin sayı artlb. Onu da xüsusi qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Həmçinin Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir.
Həmçinin bu layihə qeyd etdiyimiz kimi Azərbaycan beynəlxalq imicinə, münasibətlər sisteminə müsbət təsir göstərəcək. Görünən də odur ki, hazırda Cənub Qaz Dəhlizinin üzvü olan ölkələr Azərbaycanın çox yaxın tərəfdaşlarıdır. Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda Avropa İttifaqı ilə danışıqlar aparılır və yeni tərəfdaşlıq sazişi üzrə sənəd hazırlanır. Bir sözlə "Cənub Qaz Dəhlizi" layihəsi ölkəmizə yeni faydalar verir. Azərbaycan iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, iqtisadiyyatı tamamilə dəyişmək üçün öz enerji ehtiyatlarından səmərəli şəkildə istifadə edir. Məhz bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər, atılan uğurlu addımlar ölkə iqtisadiyyatının dinamik şəkildə inkişafına təkan verir. İldən-ilə müsbətə doğru dəyişən statistik göstəricilər də bunun əyani sübutudur. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, indiyə qədər həyata keçirilən irimiqyaslı layihələr kimi Avropanın uzunmüddətli enerji layihəsi olan "Cənub Qaz Dəhlizi" layihəsi də Azərbaycana müsbət töhfələr verəcək.
Təsadüfi deyil ki, layihənin əhəmiyyəti elə avropalılar tərəfindən də yüksək qiymətləndirilir. Elə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç də belə düşünür. Məlumat üçün qeyd edək ki, cənab Şefçoviç layəhınin əhəmiyyətinə toxunaraq bildirib ki, bu layihəni ilk dəfə müzakirə etdikdən sonra Cənub Qaz Dəhlizinin əhəmiyyəti artdı. Və bu layihənin Avropada daha da çoxsaylı ölkələr üçün necə də cəlbedici olduğu göründü. Bu sıraya istər Mərkəzi, istər Şərqi Avropa olsun, istərsə də Qərbi Balkan ölkələri aid idi.
Cənub Qaz Dəhlizi sahəsində daha bir uğur əldə edilib desək yanılmarıq. Belə ki, bir neçə gün əvvəl Avropa İnvestisiya Bankının bu layihəyə maliyyə vəsaiti ayıracağını təsdiqlədi. Qeyd etmək yerinə düşər ki, bu, Avropa İnvestisiya Bankının tarixində bir layihəyə ayrılmış ən böyük maliyyə dəstəyidir. Bu da bir daha onu deməyə əsas verir ki, Avropada bu layihənin tezliklə reallaşmasını səbirsizliklə gözləyirlər. Çünki bu, yeni ərazidən, strateji əhəmiyyət daşıyan enerji regionundan qazı nəql edəcək ilk yeni boru kəməridir.
Süleyman