Hacıqabul Sənaye Məhəlləsinin təşkili işləri davam etdirilir
Fevralın 16-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.
16 Fevral 2018 16:02 İqtisadiyyatFevralın 16-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində görüləcək işlər, Sənaye Məhəlləsinin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. Sahibkarlığın inkişafında sənaye məhəllələrinin rolunu vurğulayan Niyazi Səfərov digər sənaye məhəllələrində olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsində də bütün zəruri infrastrukturun dövlət tərəfindən yaradılacağını diqqətə çatdırıb. Sənaye Məhəlləsində regionun iqtisadi potensialına uyğun olaraq, ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu layihələr çərçivəsində 43 milyon manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Qeyd edilib ki, artıq "ATEF Sənaye Kompleksi" MMC Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyata alınıb. Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin III rübündə başa çatdırılaraq sahibkarların istifadəsinə veriləcək. Niyazi Səfərov sahibkarları dövlətin yaratdığı imkanlardan yararlanmağa, sənayenin müxtəlif sahələrində layihələrin reallaşdırılmasında Hacıqabul Sənaye Məhəlləsi ilə sıx əməkdaşlığa dəvət edib. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan Respublikası Prezidentinin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, Hacıqabul Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.