Yoxlamaların azaldılması sahibkarlara nə verəcək?

Ölkədə sahibkarlğın inkişafına göstərilən dəstək özəl sektorun inkişafına müsbət təsiri ilə müşahidə olunmaqdadır. Dövlət tərəfindən sahbkarlara göstərilən dəstək sırasında yoxlamaların azadılması mühüm rol oynayır ki, bu siyasətin davam etdirilməsi gözlənir. Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, yaxın zamanlarda vergi yoxlamalarının sayı azaldılacaq: “Dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir.

Vergidən yayınma halları arta bilər

Ölkədə sahibkarlğın inkişafına göstərilən dəstək özəl sektorun inkişafına müsbət təsiri ilə müşahidə olunmaqdadır. Dövlət tərəfindən sahbkarlara göstərilən dəstək sırasında yoxlamaların azadılması mühüm rol oynayır ki, bu siyasətin davam etdirilməsi gözlənir. Vergilər naziri Mikayıl Cabbarov bildirib ki, yaxın zamanlarda vergi yoxlamalarının sayı azaldılacaq: "Dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir. Biz kəmiyyət etibarilə vergi yoxlamalarını azaldacağıq. Lakin bu, nəzarətin zəifləyəcəyi demək deyil.Vergi yoxlamalarının sayını azaltmalıyıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. İkili mühasibatlığın aparılması, kölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər". Xatırladaq ki, bir müddət öncə ölkə parlamenti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik edərək Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadıb. Bundan başqa, vergi qanunvericiliyində yoxlamalarla bağlı çoxsaylı əlavə və dəyişikliklər edilib.
Hüquqşünas Alim Hüseynli deyib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasında vergi yoxlamalarını əhatə edən əlavə və dəyişikliklər də mövcuddur ki, bu əlavə və dəyişiklər həmin yoxlamalar ilə bağlı bəzi çətinliklərin aradan qaldırılması və onlarla bağlı bir sıra məsələlərin təkmilləşdirilməsi məqsədi daşıyır. Məsələn, 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilirdi. Vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə sənədləşmənin aparılmaması bəzən kameral qaydada keçirilən vergi yoxlamalarının müddətinin uzadılması ilə nəticələnirdi. Belə halların aradan qaldırılması məqsədi ilə kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsini və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsini qadağan edən müddəa Vergi Məcəlləsinin 37-ci maddəsinə daxil edilib: "Vergi orqanlarında risklərin avtomatlaşdırılmış qaydada emalı sisteminin tətbiqinə başlanılıb ki, bu da bəyannamələrin 30 gün müddətində kameral qaydada yoxlanılmasına imkan verəcək. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş vergi bəyannaməsinin 10 iş günü müddətində təqdim edilməsi üçün müəyyən edilmiş forma üzrə müvafiq bildiriş göndərəcək". Bundan başqa, elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi məqsədilə qanunvericilikdə müvafiq dəyişiklik edilib: "Dövlət vergi siyasətinin əsas hədəflərindən biri olan sahibkarlarla vergi orqanı arasında birbaşa təmasın minimuma endirilməsi və əlaqələrin elektron qaydada həyata keçirilməsindən ibarətdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 13.2.68-ci maddəsinə "elektron audit" anlayışı daxil edilib ki, həmin anlayışa əsasən elektron audit vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması deməkdir. Vergi Məcəlləsinin IV və V Fəsilləri vergi nəzarətini və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirlərini əhatə edir. Yuxarıda göstərilənlər və vergi yoxlamaları ilə bağlı digər məslələrin təkmilləşdirilməsi və tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin IV və V Fəsillərinə bir sıra əlavə və dəyişikliklər edilib ki, bunlar da aşağıdakılardan ibarətdir: Vergi Məcəlləsinin "Sənədlərin tələb edilməsi"nə aid 42.1-ci maddəsinə yeni bənd əlavə edilib ki, həmin bəndə əsasən səyyar vergi yoxlaması ilə yanaşı, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı da sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Məcəllənin 42.4-cü maddəsində isə vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 20 gün əvəzinə 10 iş günü müddətində təqdim edilməsi barədə dəyişiklik edilib. Həmçinin Vergi Məcəlləsinin "Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları"na aid maddəya edilmiş dəyişikliyə əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. Vergi Məcəlləsinə edilən yeni maddəyə əsasən "Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar" sırasına Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti tərəfindən hazırlanmışdır vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi də əlavə edilib.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31