İqtisadiyyat

Energetika naziri BP-nin Xəzər Mərkəzi ofisində olub

1 Mart 2018 13:08

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı BP şirkətinin Azərbaycandakı fəaliyyəti, operatorluq etdiyi layihələr və əməliyyatlara dair son vəziyyət, eləcə də tətbiq etdiyi yeniliklərlə yaxından tanışlıq məqsədilə şirkətin Xəzər Mərkəzi ofisində olub.

CAR-la əməkdaşlıq imkanları müzakirə edilib

1 Mart 2018 11:27

Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Cənubi Afrika Respublikasının Türkiyə və Azərbaycandakı səfiri Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib, Azərbaycan və Cənubi Afrika arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə, potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

İsmayıllıda turizmin inkişafı təşviq olunur

28 Fevral 2018 16:48

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti işgüzar forum fevralın 28-də İsmayıllı rayonunun Qalınçaq kəndində təşkil olunub.

Fond rəsmisi: "Hesablama Palatası 12 bankın ləğvetmə prosesi ilə bağlı yoxlama aparıb"

28 Fevral 2018 16:44

"Hesablama Palatası 12 bankın ləğvetmə prosesi və Əmanətlərin Sığortalanması Fondunun ləğvetmə prosesində fəaliyyəti ilə bağlı yoxlama aparıb". Bunu ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini Vüqar Abdullayev deyib.

Ölkədə iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir

28 Fevral 2018 16:22

“2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyiu xəbərə görə, bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib.

Afro-amerikalıların tarixi Fevral ayının təqdimatı 

27 Fevral 2018 20:16

Azərbaycan Dillər Universitetində Regionşünaslıq kafedrası və Bakı Amerika Mərkəzinin birgə təşkilatçılığı ilə afro-amerikalıların tarixi Fevral ayının təqdimatı keçirilib. Tədbiri açıq elan edən Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva fevral ayının hər il ABŞ-da qaradərili insanların tarixi ayı kimi qeyd olunduğunu bildirib və bu ayın banisinin (ata qurucusu) Karter Qudvin Vutson olduğunu sözlərinə əlavə edib: “1960-cı illərin əvvəllərində Alabama ştatının Birmingem şəhərində afrikalı amerikalılar bərabərlik uğrunda mübarizəyə qalxıblar. Martin Lüter Kinq və digərləri dinc nümayişlərə qoşulublar, ancaq polisin nümayişçilərə qarşı gözyaşardıcı qaz və itlərdən istifadə etməsindən sonra bəzi nümayişlər dayandırılıb.

Aqrar sektorun inkişafına nə mane olur?

27 Fevral 2018 14:23

Ölkədə kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Bu səbəbdən də aqrar sahənin inkişafını təmin edəcək qanunvericililk bazasının yaradılması istiqamətində ciddi iş aparılır.

“Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans keçirilib

27 Fevral 2018 14:01

Fevralın 27-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində 300-dən çox sahibkarın iştirakı ilə “Kiçik sahibkarlığa dəstək” mövzusunda konfrans və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçirilib.

ABŞ-ın Çinə neft ixracı 8 dəfə artıb

26 Fevral 2018 18:55

Bu ilin yanvar ayında ABŞ Çinə neft ixracının aylıq həcmini 1,743 mln. ton (12,7 mln. barel) və yaxud 7,8 dəfə artıraraq 2 mln. tona (14,6 mln. barel) çatdırıb.  Bu barədə Çinin gömrük xidməti məlumat yayıb. Məlumatda həmçinin deyilir ki, Çinə neft ixracında ilk sırada olan Rusiya sözügedən göstəricini illik müqayisədə 23,4% artıraraq 5,67 mln tona (41,4 mln barel) çatdırıb. Növbəti yerlərdə 4,68 mln. ton (34,2 mln. barel) ixrac həcmi ilə Anqola və 4,45 mln. ton (32,5 mln. barel) ixrac həcmi ilə İraq qərarlaşıb. 

Binəli Yıldırım: "Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər"

26 Fevral 2018 10:50

Xocalı faciəsini törədənlər qanun qarşısında cavab verməlidirlər. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı açıqlamasında bildirib. B.Yıldırım bildirib ki, Xocalı qətliamından 26 il keçməsinə baxmayaraq, bu qanlı faciəni törədənlər hələ də qanun qarşısında cavab verməyiblər: "Ermənistanın işğalçı siyasəti bir milyondan çox dinc insanın öz evlərini tərk etməsinə səbəb olub. Türkiyə olaraq, qardaş Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalını sərt bir şəkildə qınayırıq və hər zaman Azərbaycanın yanında olduğumuzu bir daha vurğulayırıq”.

Vatsapda daha bir YENİLİK

26 Fevral 2018 10:01

Vatsap messenceri iOS, Android və Windows sistemlərlə təchiz edilmiş smartfonlar üçün yeni funksiya hazırlayıb. Üzərində uzun zamandır çalışılan funksiya artıq istifadəyə verilib. Belə ki, mütəxəssislər feysbuk messencerindən ilhamlanaraq vatsapda da qrup söhbətləri üçün xüsusi bölmə yaradıblar. Vatsapda qrup söhbətlərini daha aydın və rahat etmək məqsədilə, yuxarı tərəfdə kiçik pəncərədə qrupun kim tərəfindən yaradıldığı, hansı məqsədlə yaradıldığı və şərh bölməsi qoyulub.

Fevralın 26-da Bakıda bu yollar bağlanacaq

24 Fevral 2018 16:53

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abidənin yerləşdiyi, uzunluğu 1050 metr olan parkda son hazırlıqlar yekunlaşıb. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, hər il olduğu kimi bu ildə Xocalı abidəsinin önünə güllər düzülüb: “Parkda Xocalı soyqrımının anım günü üçün işlər demək olar ki, yekunlaşıb. Artıq bir neşə gündür müxtəlif idarə və müəssisələrdən insanlar, ümumtəhsil və səhiyyə müəssisələrindən, bağçalardan kollektiv şəkildə uşaqlar və böyüklər abidəni ziyarət etməyə gəlirlər. Biz onların rahatlığı üçün zəruri şəraiti yaratmışıq".

Azərbaycan MDB və Avropada 1-ci yerə çıxdı

24 Fevral 2018 08:02

Azərbaycan dizel yanacağının qiymətinin ucuzluğuna görə dünyada ilk onluğa daxildir. Ölkə dizel yanacağının ucuzluğuna görə, dünyanın 167 dövləti arasında 9-cu yerdə qərarlaşıb.

Avstriya nəqliyyat və İKT sektorunda Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

23 Fevral 2018 18:20

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.