Ölkədə iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir
“2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyiu xəbərə görə, bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib.
28 Fevral 2018 16:22 İqtisadiyyat"2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyiu xəbərə görə, bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, bildirib ki, bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində inkişaf prosesi önəmli rol oynayır: "Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, müxtəlif istiqamətləri əhatə edən layihələrin reallaşdırılması sayəsində respublikanın bölgələrində yeni müsbət reallıqlar yaranıb və hədəflərə çatmaq üçün sistemli tədbirlər həyata keçirilir. Bu hədəflər sırasında aqrar sektorda istehsalın artırılması xüsusi yer tutur.
Qeyd edim ki, respublikamızda aqrar sektorun inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmaq üçün genişmiqyaslı tədbirlər həyata keçirilir. Ölkədə 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində aqrar sektorda daha böyük həcmlərdə istehsal imkanlarının yaradılmasına hesablanan çoxsaylı layihələr həyata keçirilib, həmçinin perspektiv üçün də yeni layihələr nəzərdə tutulub. Son illərdə regionlarda müasir təsərrüfat subyektlərinin yaradılması ölkəmizdə aqrar sektorun yeni yanaşmalar əsasında inkişaf etdirilməsinə yaxşı nümunədir. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir".