Energetika naziri BP-nin Xəzər Mərkəzi ofisində olub

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı BP şirkətinin Azərbaycandakı fəaliyyəti, operatorluq etdiyi layihələr və əməliyyatlara dair son vəziyyət, eləcə də tətbiq etdiyi yeniliklərlə yaxından tanışlıq məqsədilə şirkətin Xəzər Mərkəzi ofisində olub.

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı BP şirkətinin Azərbaycandakı fəaliyyəti, operatorluq etdiyi layihələr və əməliyyatlara dair son vəziyyət, eləcə də tətbiq etdiyi yeniliklərlə yaxından tanışlıq məqsədilə şirkətin Xəzər Mərkəzi ofisində olub. "OLAYLAR" -a nazirliyin mətbuat xidmətindən bildirilib ki, səmimi qəbula görə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counza və ofis heyətinə təşəkkürünü bildirən nazir müstəqilliyin ilk illərindən Azərbaycanın transmilli layihələrində BP-nin iştirakını yüksək qiymətləndirib. Enerji ölkəsi kimi nailiyyətlərin davamlılığında BP ilə əməkdaşlığın vacibliyini qeyd edib. Qəri Counz isə bildirib ki, Azərbaycanın neft və qaz yataqlarının işlənməsində etibarlı və uzunmüddətli bir tərəfdaş kimi fəaliyyət göstərmək şirkətin izlədiyi əsas hədəflərdən biridir. O, BP-nin fəaliyyət göstərdiyi 70-dən çox ölkə sırasında Azərbaycanın xüsusilə mühüm əhəmiyyət kəsb etdiyini deyib. Şirkətin ölkəmizdə həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. "Şahdəniz-2", Səngəçal terminalının genişləndirilməsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə layihələrin icrası, eləcə də yatırılan investisiya və istifadə olunan ən mürəkkəb, qabaqcıl texnologiyalardan bəhs edən təqdimatlar nümayiş etdirilib. Səngəçal terminalında genişləndirmə işlərinin başa çatdığı, terminalın ilin ikinci rübünün sonunadək əlavə qaz qəbuluna və qazı Cənubi Qafqaz Boru Kəməri sisteminə vurmağa hazır olacağı, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin yekunlaşmaqda olduğu bildirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31