Vergilər naziri Qətərin səfiri ilə görüşüb

Bu gün vergilər naziri Mikayıl Cabbarov Qətər dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib, Azərbaycan ilə Qətər dövləti arasında əlaqələrin bütün sahələr üzrə inkişafının vacibliyi vurğulanıb.

Bu gün vergilər naziri Mikayıl Cabbarov Qətər dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb. Nazirlikdən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib, Azərbaycan ilə Qətər dövləti arasında əlaqələrin bütün sahələr üzrə inkişafının vacibliyi vurğulanıb. Söhbət zamanı Qətər şirkətlərinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edilib və qarşılıqlı sərmayələrin genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31