Deputat: “Benzinə qatqı qatılır”

"Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir". Modern.az-ın məlumatına görə, bu barədə deputat Əli Məsimli parlamentin plenar iclasında bildirib.

"Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir". Modern.az-ın məlumatına görə, bu barədə deputat Əli Məsimli parlamentin plenar iclasında bildirib.

Qeyd edib ki, Azərbaycanda benzinin qiyməti dünya qiymətlərindən aşağıdır: "Lakin dünya ilə deyil, inkişaf etmiş olkələrlə yox, Rusiya və Qazaxıstanla müqayisə etdikdə benzinin qiymətinin baha olmasını görürük. Belə ki, Rusiyada benzinin qiyməti 26% aşağıdır, ancaq əmək haqqı 2,1 dəfə yüksədir. Qazaxıstanda isə 6% ucuzdur, lakin əmək haqqı 1,5 dəfə yüksəkdir". Deputat benzinin keyfiyyət məsələsinə toxunaraq qatqıların olmasını bildirib: "Qatqıların qatılması benzini 2 gün saxlayandan sonra açıq görünür. Keyfiyyətin aşağı olması isə avtomobillərin tez sıradan çıxmasına səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31