Regionlarda sənaye məhəllələrinin yaradılması məşğulluq probleminin həllinə təkan verir

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafı ilə müşahidə olunmaqdadır. Xüsusən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası iqtisadiyyatın dayanıqlığını təmin etməklə yanaşı, bölgələrdə məşğulluq probleminin də həllinə təkan verib.

Ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasət regionların inkişafı ilə müşahidə olunmaqdadır. Xüsusən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası iqtisadiyyatın dayanıqlığını təmin etməklə yanaşı, bölgələrdə məşğulluq probleminin də həllinə təkan verib. Nəzərə almaq lazımdır ki, sözügrdən dövlət proqramları çərçivəsində nəinki respublikanın iri şəhər və rayonlarında, hətta ucqar dağ rayonlarında yeni müəssisələrin yaradılması təmi olunur. Belə müəssisələrin yaradılması isə daxili bazarı yerli məhsullarla təmin etməklə bərabər ölkənin ixrac potensialını da artırmış olur. Belə istehsal sahələrindən bir respublikanın cənub bölgəsində-Masallı rayonunda təşkil olunub. Artıq sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. Elə bu səbədən də sahibkarlara Sənaye Məhəlləsinin üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə məlumatlandırılması həyata keçirilir. Sənaye Məhəllələrinin əhəmiyyətindən danışan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda müstəsna rolu var. Məhz bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla davam etdirilir. Nazir müavini qabaqcıl mexanizmlərin tətbiqinin üstünlüklərindən danışan Niyazi Səfərov regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafına, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasına, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsinə, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasına, idxalın əvəzlənməsinə, yerli məhsulun daxili və xarici bazarlara çıxarılmasına geniş imkanlar yaratdığını diqqətə çatdırıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov da dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğısından bəhs edib, Masallı Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini qeyd edib. "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev Masallı Sənaye Məhəlləsində görülmüş işlər, tikintisi davam etdirilən infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılan istehsal, emal və xidmət sahələri barədə danışaraq qeyd edilib ki, Masallı Sənaye Məhəlləsində tikinti-quraşdırma, o cümlədən bütün zəruri infrastrukturun qurulması işlərinin birinci mərhələsiu başa çatdırılıb, hazırda son tamamlama işləri həyata keçirilir. İlkin mərhələdə ümumi sahəsi 7500 m²-ə yaxın 3 istehsal sahəsi, texniki və köməkçi binalar istifadəyə veriləcək. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. İlkin olaraq Sənaye Məhəlləsində 4-ü mebel istehsalı, digərləri plastik məmulatlar, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları istehsalı olmaqla 9 layihə icra olunacaq. Müəssisələrin bu ilin aprelində fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda tikintidə 200 nəfər çalışır. Sənaye Məhəlləsində birinci mərhələdə 230, ümumilikdə isə 600-dən çox yeni iş yeri yaradılacaq. Masallı Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.
Onu da qeyd edək ki, dövlət tərəfindən sakibkarlara verilən güzəştli kredit hesabına Qazaxda aqropark və sənaye müəssisələri yaradılır. Yeri gəlmişkən qeyd edək ki, sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar əlaqələrin gücləndirilməsi və güzəştli kreditlərin verilməsi məqsədilə "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair maarifləndirmə işi İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aparılır. Bu məqsədlə Qazax rayonunda işgüzar forum keçirilib. 200-dək sahibkarın iştirak etdiyi Forumda Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq kartofçuluq, kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, sənaye üsulu ilə bal emalı, ət kəsimi və süd emalı müəssisələrinin, həmçinin 3 ulduzlu otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olunub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov qeyd edib ki, hazırda aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas hədəflərdəndir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması işləri sürətlə davam etdirilir. 3 aqroparkda birinci mərhələ üzrə işlər başa çatdırılıb, 25 aqroparkda tikinti-quraşdırma, 15 aqroparkda isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcək. Qeyd edək ki, ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib. Aqroparkların yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı olan xammalla təmin olunmasına, yerli məhsulların rəqabətqabiliyyətliliyinin daha da artmasına səbəb olacaq. Qeyd edək ki, Qazax rayonunda 850 hektar ərazidə kartofçuluq üzrə aqropark yaradılır. Hazırda kartof əkini üzrə işlər aparılan aqroparkda kartofun saxlanılması üçün anbarın tikintisi, müasir suvarma sisteminin qurulması və texnika parkının yaradılması üzrə işlər aparılır. Bundan başqa, aqroparkda çeşidləmə və qablaşdırma sahələri də yaradılacaqdır. Aqroparkın yaradılmasına ilkin mərhələdə 2 mln. manat güzəştli kredit verilib. Son illər həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində güzəştli kreditlərdən yararlanmaqla Qazaxda müasir texnologiyalar əsasında sönmüş əhəng və elektrod istehsalı müəssisələri yaradılır.Xatırladaq ki, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması, iqtisadiyyatın real sektorunda investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına olmaqla sahibkarlıq subyektlərinə ilkin olaraq 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Ümumilikdə, güzəştli kreditlər aqroparkların, ətlik və südlük istiqamətli cins heyvandarlıq komplekslərinin, logistik mərkəzlərin, meyvə-tərəvəz emalı müəssisələrinin, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının, idxaləvəzləyici məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Artıq bu ilin ötən dövründə Fond tərəfindən geri qaytarılmış vəsaitlər hesabına 5,3 milyon manat güzəştli kredit verilib, bu layihələr hesabına 350-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu məqsədlə Qazax və ətraf rayonlardan olan sahibkarlara 2,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 150-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Onu da bildiriək ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılmış aqroparkda, sönmüş əhəng və elektrod istehsalı zavodlarında işlər davam etdirilir.
Paralel olaraq Sabirabad Sənaye Məhəlləsinin yaradılması işləri də davam etməkdədir. İqtisadiyyat Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri həyata keçirilməkdədir. Bu siyasətə uyğun olaraq, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. Digər sənaye məhəllələrində olduğu kimi, Sabirabad Sənaye Məhəlləsində də bütün zəruri infrastruktur dövlət tərəfindən yardılacaq. Sənaye Məhəlləsində regionunun iqtisadi potensialına uyğun olaraq, yun tədarükü, pambıqtəmizləmə, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistik mərkəz yaradılacaq. Məhəllədə tikinti işlərinin birinci mərhələsinin 2018-ci ilin iyul ayında başa çatdırılaraq sahibkarların istifadəsinə verilməsi nəzərdə tutulur. Sənaye Məhəlləsinin əhəmiyyətindən danışan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib, Sabirabad Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf regionlarda özəl bölmənin, xüsusilə kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından sənaye məhəllələrinin əhəmiyyətini qeyd edib, Sənaye Məhəlləsində tikiləcək infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılacaq istehsal, emal və xidmət sahələri barədə məlumat verib. Bildirilib ki, ilkin mərhələdə yüksək standartlara cavab verən ümumi sahəsi 7605 m² olan 3 istehsal sahəsi, 1060 m² sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar tikilərək sahibkarların istifadəsinə veriləcək. Hazırda sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı müvafiq tədbirlər görülür. Sadalanan faktlar əmnilik yaradır ki, yaxın zamanlarda regionlarımızın daha da çiçəklənməsinin şahidi olacağıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31