Bank sirri olan məlumatlar Bakı Kollektor Agentliyinin əlinə necə keçir?
Məlum neft böhranı və devalvasiyadan sonra bankla ondan kredit götürən müştərilər arasında yaranan problemlər hələ də həll edilməmiş qalır. Minlərlə problemli kreditlərin yoluna qoyulması istiqamətində fərqli təşəbbüslər, təkliflər səsləndirilsə də, indiki situasiyada həmin təklifləri reallaşdırmaq qeyri-mümkün oduğundan bankla onun müştəri arasında ziddiyyətlər daha da dərinləşir.
23 Fevral 2018 15:10 İqtisadiyyatMəlum neft böhranı və devalvasiyadan sonra bankla ondan kredit götürən müştərilər arasında yaranan problemlər hələ də həll edilməmiş qalır. Minlərlə problemli kreditlərin yoluna qoyulması istiqamətində fərqli təşəbbüslər, təkliflər səsləndirilsə də, indiki situasiyada həmin təklifləri reallaşdırmaq qeyri-mümkün oduğundan bankla onun müştəri arasında ziddiyyətlər daha da dərinləşir. Artıq bununla bağlı banklar tərəfindən yüzlərlə iddia qaldırılıb və işlərə məhkəmə instansiyası səviyyəsində baxılır. Ancaq burada problem ondadır ki, bir çox hallarda məhkəmələr öz ədalət və obyektivlik prinsipini kənara qoyaraq bankların xeyirnə qərar çıxarır, yaxud prosesə baxarkən, qərar çıxararkən qarşı tərəfin, yəni bank müştərisinin mövqeyini öyrənmək belə istəmir. Necə ki, bir müddət əvvəl Lənkərən rayon məhkəməsində anoloji hadisə yaşanıb. Belə ki, məhkəmənin vətəndaşa məlumat vermədən bankın xeyrinə qərar çıxararaq işi icraata yönəltməsi haqlı narazılıq yaradıb. Məlumat üçün qeyd edək ki, məhkəmənin çıxardığı qərardan sonrakı prosesi Bakı Kollektor Agentliyi adlı qurum yerinə yetirir ki, bu proses də vətəndaşlarda etiraza səbəb olur. Belə ki, sözügedən agentliyin əməkdaşlarının vətəndaşla bir qayda olaraq kobud rəftar etdiyi, qeyri-etik qaydada ünsiyyət qurduğu barədə şikayətlər daxil olur. Hər halda bu günlərdə eyni problemi yaşayan jurnalist Xəqani Səfəroğlunun fikirlərindən belə anlaşılır: "3 gündür ki, özünü "Bakı Kollektor Agentliyi"nin əməkdaşı kimi təqdim edən şəxs mənə telefonla zəng edərək israrla ofisə gəlməyimi tələb edir. Onlar mənim devalvasiyadan sonra "UniBank"a yaranmış dollarla bağlı borcun ödənilməsini tələb edirlər". Müraciət müəllifi bildirir ki, manatın devalvasiya olmasından sonra onun banka olan ödəmələrimdə əlavələr yaranıb: "Mən 2015-ci ilin yanvarında 0,78 qəpiklə götürdüyüm krediti köhnə məzənnə ilə ödəmişəm. Dollar bahalaşdıqdan sonra bank mənə əlavə ödənişlərin yarandığını bildirib. Mənə elan edilib ki, artıq ödədiyim 2000 manatdan əlavə yenə 5000 manata qədər pul ödəməliyəm. Mən bunu ödəməyə gücüm çatmadığını demişəm, və devalvasiyaya görə heç bir məsuliyyətimin olmadığını elan etmişəm. Bundan sonra 2016-cı ilin dekabrında məndən xəbərsiz bankın iddiası ilə Lənkəran rayon Məhkəməsi borcun ödənilməsi ilə bağlı qərar çıxarıb. Lakin mən bu barədə yalnız 2017-ci ilin martında xəbər tutumuşam. Qanuna görə isə, məhkəmə hökmü çıxarıldıqdan sonra 10 gün ərzində tərəflərə təqdim edilməlidir. Çünki bu 10 gün ərzində qərarla bağlı şikayət vermək hüququ var. Odur ki, Məhkəmənin bankla belə əlbir şəkildə xəlvəti qərar çıxarması tamamilə qanunaziddir". Xəqani Səfəroğlu deyir ki, Kollektor Agentliyi durmadan ondan pulun qaytarılmasını tələb edir: "Mən onlara izah etmişəm ki, bu tələb qanunsuzdur. Çünki bu məsələ yalnız Məhkəməyə mənə və banka aid olan işdir. Agentliyin hökmlü əməkdaşı, "lazımi adamlarla" "Jurnalistlər Binası"na gələcyini, ev əşyalarını satdıracağını, məni axtarışa verəcəklərini, və s. bu kimi hədələr səsləndirirlər. Qəribədir ki, qanunla bank sirri hesab olunan müştəri ilə bank nümayəndələri arasında olan yazışmalar, telefon danışıqları, səs yazıları hansısa müəmmalı səbəbdən bu Kollektorun əlinə düşüb. Halbuki qanuna görə, bu ancaq Məhkəməyə təqdim oluna bilər. İlk olaraq qeyd edim ki, devalvasiyadan sonra ölkədə 100 minlərlə dollar krediti ilə bağlı problem yaşayan insanlar var. Bu borc bizim üzümüzdən yaranmayıb. Hamı kimi biz də yatıb səhər görümüşük ki, manat ucuzlaşıb. 3 ildir ki, Milli Məclisdə, nufuzlu şəxslərin ayrı-ayrı çağırışlarında dollar krediti ilə əlaqədar problemin həll olunması ilə bağlı təkliflər verilir və hökumətin bununla bağlı addım atmasını istəyirlər. Mənim hazırkı qazancımla ayda 400-500 manat krediti ödəmək imkanım yoxdur. Bankın da mənə hansısa formada problemin həllnə kömək edəcəyi gözlənilmir. Çünki 2016-cı ildə "UniBank"ın problemli kreditlər şöbəsində görüşüm zamanı onlar məbləğin yalnız tam olaraq ödəyəcəyim halda borcun bağlanacağını deyiblər". Müraciət müəllifi qeyd edib ki, Lənkəran Məhkəməsinin ondan xəbərsiz qərar çıxarması da sual doğuran məsələlərdəndir: "Niyə bu qərar bu günə qədər mənə təqdim edilməyib?. Bundan başqaAzərbaycanda Kollektor fəaliyyəti haqqında qanun yoxdur. Belə olduğu halda nə üçün özəl Kollektor şirkəti fəaliyyət göstərir və Bank borclarının yığılması ona həvalə olunub? Devalvasiyaya görə nə üçün mən məsuilyyət daşımalıyam?". Müraciət müəllifi qeyd edib ki, sosial vəziyyətimin ağır olması üzündən devalvasiya borcunu ödəyə bilmir: "Bunun ödənməsini məndən hansısa özəl şirkət hədə-qorxu ilə tələb edə bilməz. Ümid edirəm ki, problemin həlli ilə bağlı səsim eşidiləcək. Əgər bir daha belə təhdid və təqiblərə məruz qalacağım halda etirazımı başqa yolla bildirmək niyyətindəyəm".
Füzuli