Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının iclası keçirilib

Misirin Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib. İclasda Müştərək Komissiyada həmsədrlər – Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasrin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edib.

Misirin Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib. İclasda Müştərək Komissiyada həmsədrlər - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasrin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, Komissiyanın iclasında Azərbaycan ilə Misir arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, ticarət, sənaye, investisiya, rabitə və informasiya texnologiyaları, enerji, turizm, kənd təsərrüfatı, suvarma, ətraf mühit, təhsil, səhiyyə və əczaçılıq, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri, əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb. Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında 27 il əvvəl qurulmuş əlaqələr mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf edir. Azərbaycan-Misir əməkdaşlığının genişlənməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Misirə səfərləri mühüm əhəmiyyət kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31