Gündəm

Türkiyədə yüksək rütbəli daha bir hərbçi tutulub

17 Avqust 2016 13:01

Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində Aksaz dəniz piyadaları mərkəzinin komandanı, polkovnik Aytunc Kan tutulub.

Gürcüstanlı idmançı "Rio-2016"da dünya rekorduna imza atıb

17 Avqust 2016 13:00

Gürcüstanlı idmançı Laşa Talaxadze Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında rekorda imza atıb. 

Bakıda qadının mənzilindən 9 min manatlıq qızıl oğurlanıb

17 Avqust 2016 12:57

Bakıda mənzildən 9 min manat dəyərində qızıl əşyaları oğurlanıb.

"1 nömrəli" narkobaronun oğlunu oğurladılar, müharibə gözlənilir

17 Avqust 2016 12:55

Meksikanın "El Çapo" ("Gödəkboy") ləqəbli narkobaronu, Yoakim Qusmanın oğlu bazar ertəsi günü Sakit okean sahilində yerləşən şəhərdə oğurlanan cinayətkarlar arasında olub, rəsmilər deyir.

Milyoner Akif Gilalov: atasını da güllələyiblər, qardaşını da, özü deputatlığa namizəddir...

17 Avqust 2016 12:54

Rusiyada Dövlət Dumasına gələn ay keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədliyi qeydə alınanlardan biri də Azərbaycan əsilli milyoner Akif Gilalovdur.

Meteohəssas insanlar üçün əlverişsiz hava proqnozlaşdırılır

17 Avqust 2016 12:38

Avqustun 18-də Bakı və Abşeron yarımadasında havayağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Baş direktor müavini: "Azərbaycanda malyariyanın qarşısı tam olaraq alınıb"

17 Avqust 2016 12:33

"Son 5 il ərzində 35 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin layihələrinin ekspertizası aparılıb, 9 rayon mərkəzində isə həmin sistemlərin istismara verilməsinə müsbət rəylər verilib".

Litvada ABŞ və Polşa hərbçilərinin iştirakı ilə təlimlər keçirilir

17 Avqust 2016 12:30

Bu gün Litvanın Qayjyunay poliqonunda başlayan "Strong Hussar" adlı taktiki təlimlərdə Litva, ABŞ və Polşa moto-piyada bölmələri iştirak edir.

Dağıstanda yaraqlıların axtarışı üçün antiterror əməliyyatı rejimi tətbiq edilib

17 Avqust 2016 12:30

Dağıstanın Buynaksk rayonu və Qarabudaqkənd rayonunun bir hissəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.

​Bakıda həyat yoldaşını öldürüb basdıran kişi tutulub

17 Avqust 2016 12:28

Daxili İşlər Nazirliyi Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını öldürərək basdıran şəxsin cinayəti ilə bağlı məlumat yayıb.

Rəsul Çunayev: "Olimpiadaya qızıl medal üçün gəlmişdim"- AÇIQLAMA

17 Avqust 2016 12:19

"Mən Olimpiadaya qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım".SİA-nın məlumatına görə, bunu “Rio-2016” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında bildirib.

“DQR”də “deputatlar” vəhşicəsinə döyülür - İNSİDENT

17 Avqust 2016 12:17

Qondarma “DQR”də separatçı “respublikanın” rəhbərliyi tərəfindən insanlara qarşı amansız rəftarlar davam edir. SİA xəbər verir ki, bu barədə Ermənistanın birinci kanalı məlumat yayıb. Məlumata görə, bir müddət öncə müxalifətyönlü “Artsaxın intibahı” müxalifətyönlü partiyasının sədri, eləcə də “parlamentin” deputatı Hayk Xanumyan oğurlanaraq, dəhşətli şəkildə döyülmüşdü və o, bununla bağlı qondarma “respublikanın” məhkəməsinə müraciət etmişdi. Nəticədə bunu törədən insanlar həbs olunmuş və onlara müvafiq maddələrlə cinayət işi açılmışdı. Lakin bugünlərdə bəlli olub ki, Xanumyanın işində ittiham olunan şəxslərə insan oğurluğu və döyülmə cinayət işi üzrə maddələr dəyişdirilərək yumşaldılıb. İndi həmin adamlar xuliqanlıqda ittiham olunurlar.

Əhali referendumun keçirilməsini dəstəkləyir

17 Avqust 2016 12:14

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi üçün ümumxalq səsverməsi – referendumun keçirilməsinə əhalinin münasibətini öyrənmək məqsədilə sorğu keçirib. Sorğu avqustun 5-dən 14-dək Bakının Binəqədi, Səbail və Sabunçu rayonları, Siyəzən, Şabran və Qubada səsvermə hüququna malik olan ümumilikdə 475 respondent arasında şifahi və yazılı şəkildə aparılıb. ADİİM sədri Cavid Şahverdiyevin “OLAYLAR”-a verdiyi məlumata görə, sorğuya 20-25 yaş arasında 265, 25-30 yaş arasında 66, 35-45 yaş arasında 76, 50 yaşdan yuxarı isə 68 respondent cəlb olunub. 

Lorenzo Sotomoyar yarımfinalda erməni boksçuya qarşı

17 Avqust 2016 12:13

64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb.

İsmayıllı rayonunda müşavirə keçirilib

17 Avqust 2016 12:13

İsmayıllı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ''Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili'' mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin  birinci müavini Səyyad Salahlı, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, QMİ-nin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, dini icma sədrləri, rayon ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev İsmayıllıda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə məlumat verərək ölkəmizdə mövcud olan tolerantlıq mühitindən və eləcə də ölkə rəhbərliyinin dindarlara qayğısından bəhs edib.