Gündəm

Puta - Qaradağ mənzilində 10 km yolun əsaslı təmirinə start verilib

17 Avqust 2016 12:09

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Puta - Qaradağ mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri bir həftə  davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin  verdiyi məlumata görə, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Ermənilər 13 dəfə atəşkəsi pozub

17 Avqust 2016 12:08

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.

Kənd turizminin inkişafında gənclərin rolu artırılır

17 Avqust 2016 12:07

Azərbaycanın Qax, Ismayıllı, Şəki, Qəbələ rayonlarının 10-dan çox kəndində turizm sahəsində təhsil almış təcrübəli turizm ekspertləri tərəfindən gənc kənd sakinləri üçün “Kənd turizminin inkişafında gənclərin rolunun artırılması” adlı layihəsi baş tutub.

Hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub

17 Avqust 2016 12:05

Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə giriş və çıxışı təmin edən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax  avtomobil yollarının müxtəlif hissələrdə nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər “Azəravtoyol” ASC-nin mütəxəssisləri tərəfindən aşkar edilib və bu maneələr aradan qaldırılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atılıb, 17.6 min m2 piyada səkisi tikilib.

Gənclərə yol hərəkəti qaydaları öyrədilir

17 Avqust 2016 12:04

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Qaydaları bilək və öyrədək” adlı layihənin təlimlərinə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, Mingəçevir şəhərində həyata keçirilən layihənin əsas məqsədi daha geniş gənclər qrupuna  yol hərəkəti qaydaları barədə məlumatların ötürülməsi, bu sahədə gənclərlə bələdiyyə və yol polisi idarələri ilə əməkdaşlığı gücləndirməklə ictimai məlumatlandırma kampaniyası aparmaqdır. İlkin təlimdə gənclərə yol təhlükəsizliyi, piyadaların öz təhlükəsizliyini təmin etmək üçün izləməli olduğu qaydalar  barədə məlumatlar verilir.

Aydın Quliyev: “Siyasi qüvvələrin fəaliyyəti tam şəffaf olmalıdır”

17 Avqust 2016 11:52

“Hesab edirəm ki, AXCP ilə fətullahçılar arasında əməkdaşlığa dair faktların araşdırılması xüsusi xidmət orqanlarının işidir. Heç şübhə etmirəm ki, Azərbaycanın xüsusi xidmət orqanları bu məsələni araşdıracaqlar”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Rövşən Rzayev: “Beynəlxalq təşkilatlar qətiyyətli mövqedən çıxış etmir”-  AÇIQLAMA

17 Avqust 2016 11:53

"Ümumiyyətlə kəlbəcərli girovlar – Şahbaz Qulyev və Diqəm Əsgərovun hələ də geri qaytarılmaması hər birimizi narahat edir. Biz çalışırıq ki, ədalətli bir qərar qəbul olunsun”. Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.

Politoloq: “Sarkisyanın leqitimliyi çox aşağıdır”

17 Avqust 2016 11:51

“Ermənistan prezidenti Serj Sarkisyan çıxılmaz vəziyyətdədir. Prinsipcə, ökə daxilində və xaricində yaşayan ermənilər içində Sarksyanın leqitimliyi çox aşağıdır.  Lakin, bu bizi düşündürə biləcək axırıncı məsələdir”. BunuSİA-ya politoloq Zaur Məmmədov deyib.

Külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsinin qarşısı alınıb

17 Avqust 2016 11:42

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.

Nazir: Nazarbayev bu il Azərbaycana səfər edəcək

17 Avqust 2016 11:41

Bu ilin payızında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək.

Rusiyada ayı uşaq bağçasına hücum edib

17 Avqust 2016 11:40

Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Primorsk vilayətinin Kirovsk rayonunda “Nağıl” (Skazka) uşaq bağçasında ayını güllələyib.

Serbiya prezidenti Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edib

17 Avqust 2016 11:36

Serbiya prezidenti Tomislav Nikoliç ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı bildirib ki, hətta Aİ-nin ümumi xarici siyasəti tələb etsə belə, ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.

Türkiyədə Baş Qərargah rəisini prezident təyin edəcək, 38 min məhbus azad edilir

17 Avqust 2016 11:34

Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində qanun hökmündə iki qərarnamə qəbul edilib.

Tarif Şurası dərmanların baha qiymətə satılması barədə məlumatlara münasibət bildirib

17 Avqust 2016 11:32

Tarif (qiymət) Şurası dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı kütləvi informasiya vasitələrində yer alan məlumatlara münasibət açıqlayıb.