Kənd turizminin inkişafında gənclərin rolu artırılır
Azərbaycanın Qax, Ismayıllı, Şəki, Qəbələ rayonlarının 10-dan çox kəndində turizm sahəsində təhsil almış təcrübəli turizm ekspertləri tərəfindən gənc kənd sakinləri üçün “Kənd turizminin inkişafında gənclərin rolunun artırılması” adlı layihəsi baş tutub.
17 Avqust 2016 12:07 SosialAzərbaycanın Qax, Ismayıllı, Şəki, Qəbələ rayonlarının 10-dan çox kəndində turizm sahəsində təhsil almış təcrübəli turizm ekspertləri tərəfindən gənc kənd sakinləri üçün "Kənd turizminin inkişafında gənclərin rolunun artırılması" adlı layihəsi baş tutub. "OLAYLAR"-ın xəbərinə görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər Turizmi" İctimai Birliyi tərəfindən həyata keçirilib. Layihənin koordinatoru Renat Məcidov təlimlərdə çıxış edərək layihə haqqında fikirlərini və gənclərə tövsiyyələrini bildirib. Layihənin məqsədi kənd turizminin inkişaf potensialı olan ərazilərdə gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq, kəndlərdə yaşayan gəncləri və gənc ailələri kənd turizmin inkişafına cəlb etməklə onların inkişafına yardım göstərmək, həm də kənd turizmi sahəsində maarifləndirmə işlərini həyata keçirməkdir. Layihə çərçivəsində gənclər üçün təlimlər təşkil olunub, turizm sahəsində təhsil alan tələbələrin köməyi ilə gənclərə kənd turizmi sahəsi üzrə yeni praktiki biliklər və bacarıqlar verilib.