Əhali referendumun keçirilməsini dəstəkləyir

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi üçün ümumxalq səsverməsi – referendumun keçirilməsinə əhalinin münasibətini öyrənmək məqsədilə sorğu keçirib. Sorğu avqustun 5-dən 14-dək Bakının Binəqədi, Səbail və Sabunçu rayonları, Siyəzən, Şabran və Qubada səsvermə hüququna malik olan ümumilikdə 475 respondent arasında şifahi və yazılı şəkildə aparılıb. ADİİM sədri Cavid Şahverdiyevin “OLAYLAR”-a verdiyi məlumata görə, sorğuya 20-25 yaş arasında 265, 25-30 yaş arasında 66, 35-45 yaş arasında 76, 50 yaşdan yuxarı isə 68 respondent cəlb olunub. 

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi üçün ümumxalq səsverməsi - referendumun keçirilməsinə əhalinin münasibətini öyrənmək məqsədilə sorğu keçirib. Sorğu avqustun 5-dən 14-dək Bakının Binəqədi, Səbail və Sabunçu rayonları, Siyəzən, Şabran və Qubada səsvermə hüququna malik olan ümumilikdə 475 respondent arasında şifahi və yazılı şəkildə aparılıb. ADİİM sədri Cavid Şahverdiyevin "OLAYLAR"-a verdiyi məlumata görə, sorğuya 20-25 yaş arasında 265, 25-30 yaş arasında 66, 35-45 yaş arasında 76, 50 yaşdan yuxarı isə 68 respondent cəlb olunub.  Sorğunun ümumi nəticələrinə görə, respondentlərin 92 faizi referendumun keçirilməsinin və nəzərdə tutulan dəyişiklərin vacibliyini vurğulayaraq, lehinə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 3 faizi prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasının, 4 faizi vitse-prezidentlik postunun yaradılması, 1 faizi isə dəyişikliklərin əleyhinə olduğunu söyləyiblər: "Sorğular əhalinin sıx olan yerlərdə, park və küçələrdə keçirilib. Respondentlərin 70 faizi suallara şifahi cavab verib. Bu üsul daha çox 50 yaşdan yuxarı rəy soruşulanlara aid edilib".
Xatırladaq ki, Prezident Əliyev iyul ayının 18-də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Konstitusiya Məhkəməsi, prezident Əliyevin təklif etdiyi Konstitusiyaya dəyişikliyi nəzərdə tutan Referendum Aktı layihəsini müzakirə edərək müsbət rəy verib . Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.
Təklif olunan dəyişiklər arasında Azərbaycanda vitse-prezidentlik postunun yaradılması da var.
Referendum sentyabrın 26-da keçiriləcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31