Türkiyədə yüksək rütbəli daha bir hərbçi tutulub
Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində Aksaz dəniz piyadaları mərkəzinin komandanı, polkovnik Aytunc Kan tutulub.
17 Avqust 2016 13:01 DünyaFətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində Aksaz dəniz piyadaları mərkəzinin komandanı, polkovnik Aytunc Kan tutulub.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, o, Muğla əyaləti prokurorluğunun FETÖ-nun dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində Marmaris Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, Aksaz Türkiyə Hərbi Dəniz Qüvvələrinin Egey dənizinin cənub-şərqində yerləşən bazasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31