Rəsul Çunayev: "Olimpiadaya qızıl medal üçün gəlmişdim"- AÇIQLAMA
"Mən Olimpiadaya qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım".SİA-nın məlumatına görə, bunu “Rio-2016” Yay Olimpiya Oyunlarında bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında bildirib.
17 Avqust 2016 12:19 İdman"Mən Olimpiadaya qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım".SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında bildirib.
İdmançı Olimpiadadakı çıxışı haqda danışıb: "Mənə dəstək olan və olmayanların hamısına minnətdarlığımı bildirirəm. Dəstək olmayanları başa düşürəm. Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm erməni güləşçini məğlub etmək istəyirdim. Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim. Çoxdandır 66 kq çəki dərəcəsində çıxış etmirdim. Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi. Onları tanıyırdım - olimpiya, dünya çempionları idilər. Qalib gəlmək üçün gərək ki, güclünü məğlub edəsən. Yalnız yarımfinal görüşündə nə isə səhvə yol verdim".