Litvada ABŞ və Polşa hərbçilərinin iştirakı ilə təlimlər keçirilir
Bu gün Litvanın Qayjyunay poliqonunda başlayan "Strong Hussar" adlı taktiki təlimlərdə Litva, ABŞ və Polşa moto-piyada bölmələri iştirak edir.
17 Avqust 2016 12:30 DünyaBu gün Litvanın Qayjyunay poliqonunda başlayan "Strong Hussar" adlı taktiki təlimlərdə Litva, ABŞ və Polşa moto-piyada bölmələri iştirak edir.
"Report" TASS-a istinadən xəbər verir ki, Litva Müdafiə Nazirliyimanevrlərə üç ölkədən təxminən 1300 hərbçinin cəlb edildiyini açıqlayıb.
"Təlimlər zamanı müdafiə və hücum taktikaları təkmilləşdiriləcək. Müdafiə əməliyyatları zamanı zirehli dəstəyi ABŞ-ın Litvada yerləşdirdiyi "Abrams" tankları həyata keçirəcək", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, "Strong Hussar" manevrləri avqustun 26-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31