Lorenzo Sotomoyar yarımfinalda erməni boksçuya qarşı

64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb.

64 kq çəki dərəcəsində mübarizə aparan Lorenzo Sotomayor millimizə növbəti medalı qazandırıb. 1/16 finalda ukraynalı Volodimir Matviçuku, 1/8 finalda isə fransız boksçu Hassan Amzileni yolundan kənarlaşdıran dəri əlcək ustamız bu dəfə 1/4 finalda kubalı Yasnier Toledo ilə üz-üzə gəlib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, görüşə aktiv başlayan boksçumuz çətinlik çəkmədən qələbə qazanıb. Hər üç raundda rəqibindən aşkar üstün olan Sotomayor bütün hakimlərdən ən yüksək qiymət alıb. O, kubalı idmançını 3:0 (30:27, 30:27, 30:27) məğlub edərək yarımfinala yüksəlib.Bununla da təmsilçimiz ən az bürünc medalı təmin edib. Boksçumuzun yarımfinaldakı rəqibi də müəyyənləşib. Belə ki, dəri əlcək ustamız finala çıxmaq üçün Almaniyanı təmsil edən erməni boksçu Artyom Harutunyan ilə döyüşəcək.

Qeyd edək ki, bu, boks yığmamızın Olimpiadada təmin etdiyi ikinci medaldı. Daha əvvəl isə 75 kq çəki dərəcəsində mübarizə aparan Kamran Şahsuvarlı yarımfinala yüksəlməklə millimiz üçün ilk medalı qazanmışd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31