Gündəm
Azərbaycan idmanı inkişaf edir
Nəhayət ki, daha bir Olimpiya Oyunları başa çatdı. Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında azərbaycanlı idmançılar ciddi mübarizə apararaq ölkəmizi layiqincə təmsil etdilər.
Tarixi uğur, gələcəyə baxış
Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca 31-ci Yay Olimpiya Oyunları başa çatdı. Avqustun 5-dən 21-dək keçirilən 17 günlük idman festivalında Azərbaycanı 56 atlet təmsil etdi və bu vaxta kimi olimpiada tariximizdə rekord sayda - 18 medal qazandı. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürüncdür. Medalların əyarlarına görə Azərbaycan 207 ölkə arasında 39-cu, medal sayına görə isə Yeni Zelandiya ilə birgə 14-cü yeri tutdu. Bu, Azərbaycan idmanında tarixi uğur sayıla bilər.
Leonardo di Kaprio rəfiqəsi ilə avtomobil qəzasına düşüb
"Holliwood" ulduzu Leonardo Di Kaprio və onun rəfiqəsi Nina Agdal Nyu-Yorkda avtomobil qəzasına düşüblər. Bu barədə Trend "New York Post" qəzetinə istinadən xəbər verir.
Sabah paytaxtda 38, bölgələrdə 40 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Türkiyə Rusiyaya yeni səfir təyin etdi
Türkiyə Rusiyaya yeni səfir təyin edib. Modern.az-ın xəbərinə görə, bu haqda RİA Novosti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Girdiman çayında monitorinqlər aparır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti və İsmayıllı Regional ekologiya şöbəsinin əməkdaşları bir neçə gündür, İsmayıllı və Ağsu rayonlarının ərazisindən keçən Girdiman çayında həm vizual, həm də analitik təhlil məqsədilə monitorinqlər aparıblar. İlkin olaraq o ərazilərdən su nümunələri götürülüb və analiz aparılması üçün Mərkəzi Laboratoriyaya təhvil verilib.
Özbəkistanda Qarabağ geyimləri nümayiş etdirilib
Özbəkistanın "Qonaqpərvərlik və İnformasiya xidməti" Qeyri Hökumət Təşkilatı qardaş ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Moda sərgisi" keçirib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, moda sərgisi çərçivəsində Kibray şəhər Mərkəzi klubunun həyətində "Ənənəvi Özbək incəsənəti, əl işləri" nümayiş etdirilib, milli təamlar qonaqlara təqdim edilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb.
Hindistanda avtobusun kanala aşması nəticəsində 8 nəfər ölüb
Hindistanda Heydərabad şəhərindən Kakianada şəhəri istiqamətində hərəkət edən avtobus körpüdən aşıb.
Raqif Abbasov: "Bu qalibiyyətlər bizi yeni zirvələrə doğru aparır”
“Azərbaycan xalqını olimpiyaçılarımızın böyük zəfəri münasibəti ilə təbrik edirəm. Yığmamız tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 5 idman növündə (cüdo, boks, avarçəkmə, taekvondo və güləş) 18 medal qazandı. Bu nəticə Londonda keçirilən Olimpiya Oyunlarındakı 10 medal rekordumuzu yeniləmiş oldu”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
Binəli Yıldırım müxalifət liderləri ilə görüşüb
Türkiyənin Baş naziri Binəli Yıldırım müxalifət partiyalarının liderləri ilə görüşüb.
Fətullah Gülən ermənidir
Türkiyədə yaşanan 15 iyul hadisələrindən sonra Fətullah Gülən və onun şəbəkəsi barəsində aparılan araşdırmalar bir sıra gizli mətləblərin üzə çıxmasına səbəb olub.
Türkiyə terrora qarşı qətiyyətli, ısrarlı və uzunmüddətli mücadilə strategiyası gerçəkləşdirməlidir
“Bir zamanlar Türkiyə xaricində yaşanan terror və intihar hücumlarını Qərb tədricən qardaş ölkənin daxilinə keçirdi. Hazırda da bunu Türkiyənin içərilərinə doğru daşımaqdadır”.
ŞOK: Yevlaxda quduzluq yayılıb
Yevlax rayonunda quduzluq hadisəsi qeydə alınıb. “OLAYLAR”-ın xəbərinə görə, hadisə rayonun Xaldan qəsəbəsinin Əcəmi kəndində baş verib.
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.














