Hindistanda avtobusun kanala aşması nəticəsində 8 nəfər ölüb
Hindistanda Heydərabad şəhərindən Kakianada şəhəri istiqamətində hərəkət edən avtobus körpüdən aşıb.
22 Avqust 2016 12:17 DünyaHindistanda Heydərabad şəhərindən Kakianada şəhəri istiqamətində hərəkət edən avtobus körpüdən aşıb.
APA-nın "gazeta.ru"ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı 8 nəfər ölüb, daha 18 nəfər yaralanıb.
İlkin məlumata əsasən avtobus yüksək sürətlə hərəkətdə olub və nəticədə körpüdəki hasara çırpılaraq kanala aşıb. Hadisənin şahidi olan balıqçılar polis çağırıblar.
Avtobusda sıxılıb qalmış bir neçə nəfərin xilas edilməsi üçün iş aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31