Türkiyə terrora qarşı qətiyyətli, ısrarlı və uzunmüddətli mücadilə strategiyası gerçəkləşdirməlidir
“Bir zamanlar Türkiyə xaricində yaşanan terror və intihar hücumlarını Qərb tədricən qardaş ölkənin daxilinə keçirdi. Hazırda da bunu Türkiyənin içərilərinə doğru daşımaqdadır”.
22 Avqust 2016 12:04 Sosial"Bir zamanlar Türkiyə xaricində yaşanan terror və intihar hücumlarını Qərb tədricən qardaş ölkənin daxilinə keçirdi. Hazırda da bunu Türkiyənin içərilərinə doğru daşımaqdadır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib ki, Türkiyə bu gedişata "dur" deməli, terrora qarşı qətiyyətli, kəsin, ısrarlı və uzunmüddətli mücadilə strategiyası gerçəkləşdirməlidir: "Əlbəttə terrorün gerçəkləşməsində, ona qarşı mücadilənin uğursuz olmasında dini istismar edərək çevriliş cəhdi planlayanların da az əməyi yoxdur. Türkiyə siyasi iradəsini ortaya qoymalı və bu kimi arzuedilməz situasiyadan çıxmanın yollarını axtarmalıdır".