Fətullah Gülən ermənidir

Türkiyədə yaşanan 15 iyul hadisələrindən sonra Fətullah Gülən və onun şəbəkəsi barəsində aparılan araşdırmalar bir sıra gizli mətləblərin üzə çıxmasına səbəb olub.

Terrorçubaşı barədə şok faktlar

Türkiyədə yaşanan 15 iyul hadisələrindən sonra Fətullah Gülən və onun şəbəkəsi barəsində aparılan araşdırmalar bir sıra gizli mətləblərin üzə çıxmasına səbəb olub. Qardaş ölkəyə qarşı qərəzli mövqedə dayanan şəxs və şəxslərlə, bir sıra beynəlxalq təşkilatlarla sıx əlaqələr quran Gülənin həmin dairələrin Ankaraya müəyyən təzyiqlər göstərmək üçün hətta bəlli zamanlarda maliyyə yardımı ayırdığı da üzə çıxıb. Bununla da Fətullah Gülənin Türkiyəyə qarşı sözün həqiqi mənasında düşmən münasibət bəslədiyi təsdiqini tapıb. Bu günlərdə erməni mətbuatında Gülən barədə dərc edilən bir məqalə isə onun Türkiyəyə qarşı düşmən mövqedə dayanmasının təsadüfi olmadığını üzə çıxarıb. Ermənistan mətbuatı yazır ki, hələ 2014-cü il,   fevral 4-də   "Novosti Armenii" və "News.Am" saytında nurçular təriqətinin lideri, Türkiyədə 15 iyul tarixli müvəffəqiyyətsiz zərbə cəhdində ittiham edilən Fəthullah Gülənin erməni mənşəli olmasına dair araşdırma materialı təqdim olunub.   Yazıda açıq şəkildə qeyd edilir ki, Türkiyəni qarışdıran Fəthullah Gülən ermənidir. Yazıda Türkiyə Tarix Qurumunun keçmiş rəhbəri Yusuf Halaçoğlu və türk jurnalist Murat Alperenə istinadən   bildirilir ki, Fətullah Gülən mənşəcə ermənidir. Hətta Gülənin babasının 1915-ci il hadisələri zamanı   Ərzurumda türklərə qarşı amansız qətliamlar törətdiyi bildirilir.   Materialda o da əksini tapır ki,   1999-ci il, iyunun 14-də Türkiyənin "Star" qəzetində də Gülənin türk olmadığı barədə məlumat verilib.   Türkiyənin sabiq MİT rəhbəri   Cövdət Sarın rəhbərliyi altında hazırlanmış hesabatda Fətullah Gülənin türk mənşəli olmasına dair şübhələr yer alır. 
 

***

2013 il, iyulun 5-də isə Türkiyənin "Turkishnews.com" saytı Fətullah Gülən haqqında material dərc edir. Yazıda qeyd olunur ki, 1915-ci il hadisələri zamanı mənşəcə erməni olan Gülənin babası İbrahim bəyin yanında çalışırmış.   Gülənin babası ilə yanaşı İbrahim bəyin yanında çalışan digər erməni xidmətçilər ona hər addımda mane olmağa,   ailəsinə problemlər yaratmağa çalışırlar. İbrahim bəy isə ermənilərin təzyiqlərinə dözməyərək məcburiyyət qarşısında Gülənin babası və onun ailə üzvlərinin bir qismini öldürür. Eyni zamanda özü də   intihar edir. Yalnız   Fətullah Gülənin atası sağ qalır.   Gülənin babaları müsəlmanların, türklər və kürdlərin qırğınlarında iştirak etdikləri üçün bir müddət İrəvanda sığınmağa məcbur olurlar. Lakin burada dolana bilmədikləri üçün yenidən Türkiyəyə üz tuturlar.   Bir müddət sonra Gülənin atası   şəxsiyyətini dəyişdirərək İspirə gəlir və orada müsəlman adını alaraq ailə həyatı qurur. Bundan sonra Gülənin atası özünü hər yerdə Ehlibeyt yolunda olan mömin müsəlman kimi qələmə verir. Gülənin atasının erməni mənşəli olduğunu onun öz dilindən də anlamaq olur. Belə ki, o,   "Elə bir oğul tərbiyə edirəm ki,   onları öz dinləri ilə vuracaq" deməklə birbaşa Fətullah Güləni nəzərdə tuturdu. Başqa sözlə deyilsə, Gülən türkləri onların öz dinləri,   İslam ilə vuracaqdı. Bu planın tərkib hissəsi kimi atası tərəfindən Gülən bir türk qızı ilə evləndirilir. 

Gülənin erməni mənşəli olmasına daha bir sübut onun babalarının vətəni ilə əlaqədardır. Bəllidir ki, Gülənin babası Ərzuruma Van gölü yaxınlığında olan və   ermənilərin daha çox yaşadığı Xlatdan gəlib. Deyilənlərə görə, Gülənin babasının Xlatı tərk edərək Ərzurumun Basen bölgəsində yerləşməsinə səbəb ailənin namusu ilə əlaqədar hadisə olub. Bundan başqa, Gülənin mənəvi oğlu Eyyub Can ilə həyat yoldaşının da erməni mənşəli olduğu söylənilir. Birləşmiş Ştatlarda təhsil aldıqdan sonra Türkiyəyə dönən Eyyüb Can şəbəkənin ümumi qəzeti olan "Zaman" , sonra isə "Radikal" da   çalışır.   O, barmaqla sayıla biləcək jurnalistlərdəndir ki, qondarma erməni soyqırımı olduğunu iddia edir və bildirir ki, tarixin üzünə baxmaq lazımdır.   olduğunu" ifadə etdi. Gülənin gəlininin də anasının erməni olduğu bildirilir. O, da uzun "Zaman" qəzetində çalışıb. Onun "erməni soyqırımı" mövzusunda "İstanbullu piç" adlı skandallı kitab yazdığı məlumdur. Bu kitaba görə ona qarşı 301 maddə ilə (türk ləyaqətinin təhqirinə görə) cinayət işi açılıb. 

Yuxarıda qeyd edilən faktlar Fətullah Gülənin qondarma erməni soyqırımı barədə qanun layihəsinin qəbul edilməsinə çalışan amerikalı konqresmenlərə nə üçün maliyyə yardımı ayırdığına cavab tapır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31