ŞOK: Yevlaxda quduzluq yayılıb
Yevlax rayonunda quduzluq hadisəsi qeydə alınıb. “OLAYLAR”-ın xəbərinə görə, hadisə rayonun Xaldan qəsəbəsinin Əcəmi kəndində baş verib.
22 Avqust 2016 12:02 SosialYevlax rayonunda quduzluq hadisəsi qeydə alınıb. "OLAYLAR"-ın xəbərinə görə, hadisə rayonun Xaldan qəsəbəsinin Əcəmi kəndində baş verib. Məlumata görə, kənd sakini A.M. (ad şərtidir) həyətində saxladığı ev itinin hücumuna məruz qalıb. Hadisədən 3 gün sonra it ölsə də, lakin kənd sakini quduzluğa qarşı iynə vurdurmayıb. Bir neçə gün sonra A.M-da quduzluq halları müşahidə edilib. Redaksiyaya daxil olan xəbərə görə, vaxtında görülməmiş qabaqlayıcı tədbir A.M.-nin də quduzluqdan vəfat etməsinə səbəb olub. Əcəmi kəndində quduzluq hadisəsinin qeydə alınmasının başlıca səbəbi kimi gecələr çaqqal sürüsünün kəndə gəlməsi göstərilir. Ətraf kəndlərin sakinlərinə isə Əcəmi kəndindən zəruri ərzaq məhsulları almamaq tövsiyyə edilib.