Gündəm
Özbəkistanda əyləncəli verilişlərin yayımı dayandırılıb
Özbəkistanın dövlət televiziya kanallarında bütün əyləncəli verilişlərin yayımı dayandırılıb.
ABŞ-da işsizliyin səviyyəsinin artması dolların bahalaşmasını təxirə salır
Avqust ayında ABŞ-da qeyri-aqrar sahədə 151 min yeni iş yeri açılıb.
Biz əvvəllər bunu yazmışdıq... Gülənin qaranlıq keçmişi
Bələdiyyə və prezident seçkilərindəki acı məğlubiyyətindən sonra bu ilin iyununda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə müəyyən mənada uğur qazanmağı hədəfləyən Nurçu camaatının lideri Fətullah Gülən Türkiyədə hələ də qalmaqda olan tərəfdarlarına okeanın o tayından lazımı göstərişlər verib.
Eldar Mahmudovun gəlini 500 mini bankdan necə çəkib?- ABŞ VƏ AVROPADA İSTİRAHƏTLƏRƏ AĞLASIĞMAZ VƏSAİTLƏR XƏRCLƏNİB
Cahangir Hacıyevin ailəsi “Beynəlxalq Bank”dan talan olunan yüz milyonları zinət və geyim əşyalarına, xaricdə istirahətlərinə sərf edib
Prokurorluq: Pilot qadın və bətnindəki körpənin meyitlərinin daxili və xarici müayinəsi aparılıb
Bakı şəhər Prokurorluğu pilot qadının ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Borca görə özünü öldürən iş adamı girov götürülübmüş
Dünən Bakı bulvarında Binəqədi rayon sakini olan 47 yaşlı Müşfiq Kələntərovun özünü dənizə ataraq intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, M.Kələntərov Bibiheybət yolu 6 ünvanının qarşısında, Su İdman sarayı istiqamətində, «Enerji klub»un yanında özünü dənizə atıb. Hadisə şahidləri bildirib ki, o, qaça-qaça dəniz istiqamətində gələrək burada təmizlik işləri aparanların gözü qarşısında özünü suya atıb. Ərazidə təmizlik işləri aparan fəhlələr nə qədər səy etsələr də, onu sudan çıxara bilməyiblər.
Gürcüstandakı Azərbaycan bankının lisenziyası ləğv olundu
Gürcüstan Milli Bankı "Qafqaz İnkişaf Bankı"nın törəməsi olan "Caucasus Development Bank - Georgia" SC-nin lisenziyasını ləğv edib.
Azərbaycan gənci vətənpərvərdir
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyəsi istiqamətində görülən işlər hər bir ölkə gəncində qürur, iftixar hissi yaradır. Məhz bu cür tədbirlər gənclərin ordu sıralarında xidmət etmə ixtəyini də artırır. Hətta bir çox gənclər çağırış vaxtı çatmadan belə ordu sıralarına yollanmağa maraq göstərir. Elə Mingəçevirdən olan fəal gənc İslam Məmmədov da bu qənaətdədir.
Dağda köməksiz qalmış 3 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda yüksək dağlıq ərazidə 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 13:40-da başa çatmışdır.
Cəlilabadda sahibkarlara güzəştli kreditlər verilib
Sentyabrın 2-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Bu il 1700 sahibkara 99 milyon manat güzəştli kredit verilib
Bu ilin ötən dövrü ərzində respublika üzrə 1700 sahibkara 99 milyon manat dövlətin güzəştli kredit verilib. “Olaylar” xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
Daş karxanasında ölüm – Bakı sakinini elektrik cərəyanı vurub
Bakıda daş karxanasında ölüm hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 1-də Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında Bakı şəhər sakini Ramazan Hüseynovu elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
8 mindən çox vətəndaşa əmlaklarına dair çıxarışlar verilib
Oğuz rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, kampaniya zamanı 100-ə yaxın yerli sakinə fərdi ev, həyətyanı torpaq sahəsi, pay torpaqlarının qeydiyyatına dair çıxarışlar təqdim edilib. 80-ə yaxın vətəndaşdan əmlaklarının qeydiyyatı üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədi ilə tədbirlər görülüb.
Ötən ay 2,1 milyard kilovat-saatdan artıq enerji istehsal edilib
Avqust ayında ölkə enerji sistemində 2,1 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
Bakıda intihar - 24 yaşlı qız özünü asdı
Bakıda intihar hadisəsi baş verib. Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Ələkbərov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.













