Bu il 1700 sahibkara 99 milyon manat güzəştli kredit verilib

Bu ilin ötən dövrü ərzində respublika üzrə 1700 sahibkara 99 milyon manat dövlətin güzəştli kredit verilib. “Olaylar” xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

Bu ilin ötən dövrü ərzində respublika üzrə 1700 sahibkara 99 milyon manat dövlətin güzəştli kredit verilib. "Olaylar" xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib. Bildirib ki, bu kreditlər hesabına 5000-dən çox yeni iş yeri yaradılacaq. Şirzad Abdullayev indiyədək Cəlilabad rayonundan olan 604 sahibkarın Fonddan 22.5 milyon manat güzəştli kredit aldığını, bu kreditlər hesabına 3100 yeni iş yerinin yaradıldığını da diqqətə çatdırıb. Əlavə edib ki, ötən dövr ərzində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2938 investisiya layihəsinin maliyyələşdirilməsinə 106 milyon manat güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kreditlər hesabına 11600-ə yaxın yeni iş yerinin açılması imkanı yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31