Özbəkistanda əyləncəli verilişlərin yayımı dayandırılıb
Özbəkistanın dövlət televiziya kanallarında bütün əyləncəli verilişlərin yayımı dayandırılıb.
2 Sentyabr 2016 17:23 DünyaÖzbəkistanın dövlət televiziya kanallarında bütün əyləncəli verilişlərin yayımı dayandırılıb.
"Report" Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu gün televiziya verilişlərinin efirə çıxışının detallarının müzakirəsi ilə bağlı yığıncaq olacaq. Hazırda televiziyalarda reklamların, teleserialların və bədii filmlərin, eləcə də əyləncə xarakterli verilişlərin yayımı dayandırılıb.
Xəbərdə bildirilib ki, onların yerinə Özbəkistanın tarixi, müstəqillik illərində əldə etdiyə nailiyyətlərlə bağlı maarifləndirici verilişlər yayımlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31