Cəlilabadda sahibkarlara güzəştli kreditlər verilib
Sentyabrın 2-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
2 Sentyabr 2016 16:44 SosialSentyabrın 2-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində rayonun iqtisadi potensialına uyğun olaraq ixtisaslaşdırılmış "yaşıl market", südlük istiqamətli müasir heyvandarlıq, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının, çiyələk emalı, üzümqurutma və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib. şgüzar forum çərçivəsində Cəlilabad və ətraf rayonlardan olan 56 sahibkara 538 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.