Ötən ay 2,1 milyard kilovat-saatdan artıq enerji istehsal edilib

Avqust ayında ölkə enerji sistemində 2,1 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

Avqust ayında ölkə enerji sistemində 2,1 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə "Azərenerji" ASC-nin Mətbuat xidmətindən məlumat verilib. Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib. Məlumatda qeyd olunur ki, cari ilin ötən 8 ayı ərzində isə 14,8 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31