Dağda köməksiz qalmış 3 nəfər xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda yüksək dağlıq ərazidə 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 13:40-da başa çatmışdır.
2 Sentyabr 2016 16:46 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda yüksək dağlıq ərazidə 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 13:40-da başa çatmışdır.