8 mindən çox vətəndaşa əmlaklarına dair çıxarışlar verilib

Oğuz rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, kampaniya zamanı 100-ə yaxın yerli sakinə fərdi ev, həyətyanı torpaq sahəsi, pay torpaqlarının qeydiyyatına dair çıxarışlar təqdim edilib. 80-ə yaxın vətəndaşdan əmlaklarının qeydiyyatı üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədi ilə tədbirlər görülüb.

Oğuz rayonunda "Kütləvi çıxarış" kampaniyası keçirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, kampaniya zamanı 100-ə yaxın yerli sakinə fərdi ev, həyətyanı torpaq sahəsi, pay torpaqlarının qeydiyyatına dair çıxarışlar təqdim edilib. 80-ə yaxın vətəndaşdan əmlaklarının qeydiyyatı üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədi ilə tədbirlər görülüb. "Kütləvi çıxarış" kampaniyasının ən vacib cəhəti onun bütün rayonları və kəndləri əhatə etməsidir. Start veriləndən etibarən bu kampaniya çərçivəsində hətta ən ucqar kəndlər də daxil olmaqla, yüzlərlə yaşayış məntəqəsinin sakinləri əmlakları sənədləşdirilib. İndiyədək respublikanın müxtəlif bölgələrində keçirilən bu kampaniya nəticəsində 8 mindən çox vətəndaşa əmlaklarına dair çıxarışlar təqdim edilib. "Kütləvi çıxarış" kampaniyası ilə bərabər, respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara gündəlik olaraq fərdi qaydada mobil ofis xidmətləri də göstərilir. İndiyədək belə xidmətlər vasitəsilə 100 mindən çox müraciət təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31