Gündəm

Gənclər məhkəmə orqanlarında təcrübə keçəcək

2 Sentyabr 2016 16:35

ASAN könüllüləri “ASAN School” könüllülük məktəbinin “Master 2” pilləsi çərçivəsində inzibati, biznes, sosial menecment istiqamətləri üzrə təcrübələrə cəlb olunurlar. “Olaylar” xəbər verir ki, inzibati menecment istiqaməti üzrə ASAN könüllüləri Azərbaycan Respublikasının Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən I instansiya məhkəmələrində təcrübə keçə biləcəklər.

Xocahəsən yolunda yerüstü piyada keçidi bərpa edildi

2 Sentyabr 2016 16:34

Xocahəsən avtomobil yolunda bir müddət bundan öncə avtonəqliyyat hadısəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidi bərpa olunaraq vətəndaşların istifadəsinə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bərpa işləri zamanı qəza nəticəsində keçidin dağılmış dəmir tirləri, həmçinin alt hissədə və kənarlarda olan üzlük materiallar yeniləri ilə əvəz olunub. Bundan başqa keçidin qalereyasının divarları, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub.

Nazim İbrahimov Latviya Prezidenti ilə görüşüb

2 Sentyabr 2016 16:10

Latviya Prezidenti Raymonds Veyonis Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul edib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Mərkəzin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanısının direktoru İsmail Seragəldin və Mərkəzin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edib.

Binəli Yıldırım İslam Kərimovun vəfatı ilə bağlı canlı yayımda başsağlığı verib

2 Sentyabr 2016 16:08

Türkiyənın baş naziri Binəli Yıldırım Özbəkistan prezidenti İslam Kərimovun ölümü ilə bağlı başsağlığı verib.

Türkiyə XİN: 208 diplomat geri çağırılıb, onlardan 30-u ölkəyə dönməyib

2 Sentyabr 2016 16:07

Hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici İşlər Nazirliyitərəfindən geri çağırılan, ancaq heç bir səbəb göstərmədən ölkəyə qayıtmayan diplomatların adları açıqlanıb.

FETÖ məktəblərinin diplomları ləğv edilir

2 Sentyabr 2016 16:05

Ölkə.Az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyə Hökumətinin 674 saylı qərarına əsasən ölkə xaricində fəaliyyət göstərən FETÖ məktəblərinin diplomları və xaricdə təhsil alan, FETO, PYD kimi terror təşkilatları ilə əlaqələri təsdiq edilmiş 158 nəfərin tələbə adı ləğv olunacaq.

"The Wall Street Journal" Trampın cinayətkar keçmişindən yazdı

2 Sentyabr 2016 16:04

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampın yaxın keçmişdə Amerikanın mütəşəkkil cinayətkar dəstələri ilə iş birliyi barədə məlumatlar üzə çıxıb. SİA-nın məlumatına görə, bu barədə yazan “The Wall Street Journal”da qeyd edilir ki, Federal Tədqiqatlar Bürosu (FTB) bu barədə xəbərdar olub və maqnata xəbərdarlıq edilib ki, maliyyəsini mafiyaların sevdiyi kazinolara və s. şəbəkələrə xərcləməkdənsə, digər qanuni yollar vasitəsilə pul qazansın.

Ermənilər “bayramı” qorxu altında keçirirlər

2 Sentyabr 2016 16:03

Ermənilər sentyabrın 2-də (bu gün) Qarabağın “müstəqilliyi” ilə bağlı “bayram” tədbilərini maksimal şəkildə ehtiyatla keçirəcəklər. SİAxəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. Erməni nəşri qeyd edir ki, bu kimi qərarın verilməsinə səbəb aprel ayında bölgədə baş vermiş dördgünlük müharibə və nəticədə 300-dən artıq əsgərin ölümü olub.

Vladimir Putin: "Rublun üzən məzənnəyə keçidi ilə bağlı qərar uzun müddətlidir"

2 Sentyabr 2016 16:01

"Rublun üzən məzənnəyə keçidi ilə bağlı qərar uzun müddətlidir".

Siyavuş Novruzov: “İş mənim üçün bir vərdişə çevrilib”

2 Sentyabr 2016 15:58

“Siyasətçi olmaq üçün yaxşı təhsilin, mütaliən olmalı, dünya təcrübəsini izləməlisən” Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş NovruzovunSİA-ya müsahibəsi

Türkiyə kəşfiyyatının rəhbəri də vəzifəsini itirə bilər

2 Sentyabr 2016 15:57

Türkiyə kəşfiyyatının (MİT) rəhbəri Hakan Fidanın vəzifəsindən getməsi gözlənilir.

Co Bayden: "Trampın xarici siyasət barədə anlayışı yoxdur"

2 Sentyabr 2016 15:55

"Anadolu" agentliyi xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Co Bayden Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintonu dəstəkləmək üçün seçki kampaniyasında iştirak edib və onun rəqibi Respublikaçılar partiyasının namizədi, milyarder Donaldr Trampın ünvanına tənqidi fikirlər səsləndirib.

Putin Ərdoğandan danışdı

2 Sentyabr 2016 15:54

Moskva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətlərin tam formatda bərpa edilməsində aşkar marağını görür.

Metsamor Stansiyası: elan edilmiş faciə

2 Sentyabr 2016 15:44

Köhnəlmiş və heç bir təhlükəsizlik standartına cavab verməyən Metsamor stansiyası günümüzdə və gələcəkdə nəinki Qafqaz, ö cümlədən Avropa və bütün dünya üçün saatlı bomba olaraq qalacaq. Beynəlxalq qurumlar, ictimai təşkilatlar və xalq səfərbər olmalı və Metsamor stansiyasının bağlanmasına nail olmalıdır. Biz minlərlə günahsız insanın məhvinə və bərpası mümkün olmayan ətraf mühit fəlakəti ilə nəticələnəcək növbəti zəlzələni gözləyə bilmərik.

Ermənistanın qeyri-konstruktiv mövqeyi gərginliyi artıra bilər

2 Sentyabr 2016 15:42

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son aylar diplomatik hərəkətliliyin artmasına baxmayaraq hələlik onun həllinə nail olmaq müşkülə çevrilir. Səbəb isə bəllidir. Hər zaman olduğu kimi Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi. Bir qayda olaraq münaqişənin həllinə yaxın olan zamanlarda və belə bir situasiya yetişəndə Ermənistan rəhbərliyi ölkəsində şou yaradaraq nizamlanma prosesindən yayınmağa müvəffəq olur. Necə ki, hazırda da eyni proseslər cərəyan edir.