Xocahəsən yolunda yerüstü piyada keçidi bərpa edildi

Xocahəsən avtomobil yolunda bir müddət bundan öncə avtonəqliyyat hadısəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidi bərpa olunaraq vətəndaşların istifadəsinə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, bərpa işləri zamanı qəza nəticəsində keçidin dağılmış dəmir tirləri, həmçinin alt hissədə və kənarlarda olan üzlük materiallar yeniləri ilə əvəz olunub. Bundan başqa keçidin qalereyasının divarları, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub.

Xocahəsən avtomobil yolunda bir müddət bundan öncə avtonəqliyyat hadısəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidi bərpa olunaraq vətəndaşların istifadəsinə verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bərpa işləri zamanı qəza nəticəsində keçidin dağılmış dəmir tirləri, həmçinin alt hissədə və kənarlarda olan üzlük materiallar yeniləri ilə əvəz olunub. Bundan başqa keçidin qalereyasının divarları, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub.

Artıq vətəndaşlar rahat və təhlükəsiz şəkildə keçiddən istifadə edə bilərlər. Xatırladaq ki, ötən il "Shacman" markalı yük maşının sürücüsü yük hissəsi açıq vəziyyətdə idarə etdiyi avtonəqliyyat vasitəsini Xocahəsən avtomobil yolunda yerləşən yerüstü piyada keçidinə çırpmışdı. Nəticədə piyada keçidinin alt hissəsi dağılaraq, qəzalı vəziyyətə düşmüşdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31