Ermənistanın qeyri-konstruktiv mövqeyi gərginliyi artıra bilər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son aylar diplomatik hərəkətliliyin artmasına baxmayaraq hələlik onun həllinə nail olmaq müşkülə çevrilir. Səbəb isə bəllidir. Hər zaman olduğu kimi Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi. Bir qayda olaraq münaqişənin həllinə yaxın olan zamanlarda və belə bir situasiya yetişəndə Ermənistan rəhbərliyi ölkəsində şou yaradaraq nizamlanma prosesindən yayınmağa müvəffəq olur. Necə ki, hazırda da eyni proseslər cərəyan edir.

Münaqişə zonalarında hərbi əməliyyatların başlanmayacağına heç kim zəmanət verə bilməz

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son aylar diplomatik hərəkətliliyin artmasına baxmayaraq hələlik onun həllinə nail olmaq müşkülə çevrilir. Səbəb isə bəllidir. Hər zaman olduğu kimi Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe nümayiş etdirməsi. Bir qayda olaraq münaqişənin həllinə yaxın olan zamanlarda və belə bir situasiya yetişəndə Ermənistan rəhbərliyi ölkəsində şou yaradaraq nizamlanma prosesindən yayınmağa müvəffəq olur. Necə ki, hazırda da eyni proseslər cərəyan edir.

Aprel döyüşlərindən sonra keçirilən bir neçə danışıqlar prosesinin nəticəsi olaraq prezidentlərin yenidən bir araya gələcəyi və problemin həlli ilə bağlı razılaşmanın əldə ediləcəyinə olan ümidlər də artıq puça çıxmaqdadır. Hər halda işğalçı ölkənin prezidenti Serj Sərkisyanın atdığı addımlar belə deməyə əsas verir. Bəs belə olan halda cəbhədə yenidən hərbi əməliyyatların aktiv fazaya keçməsi nə dərəcədə mümkün görünür? Və Ermənistan tərəfinə problemin həllində maraqlı olan, onu birbaşa öz üzərinə götürən beynəlxalq güclər nə üçün təsir göstərmi?

Politoloq Ali Qənbərli deyir ki, Ermənistan formal müstəqilliyə malik olan bir dövlətdir. Onun sözlərinə görə, Ermənistan zahirən müstəqil görünsə də, onun istər xarici, istərsə də daxili siyasətində boşluqlar, mərkəzdənqaçma meylləri var: "Əslində, burada Ermənistanın hazır olub-olmamağından daha çox, bu dövlətin danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqeyə diqqət çəkmək lazımdır. Dünyanın əksər ölkələri işğal faktını tanıyır. İşğal prosesinin də tarixi bir o qədər çox deyil. Hətta, bunu isbat edən video-lentlər belə vardır. Sadəcə olaraq görünür burada Ermənistana diqtə edən tərəfin maraqları tam təmin olunmur. Və ya həmin tərəf hələ problemin bir qədər də, uzanmasında maraqlıdır". Əli Qənbərli hesab edir ki, mövcud reallıq bizim üçün ürəkaçan deyil: "Çünki, biz işğala məruz qalan tərəfik və birmənalı şəkildə torpaqlarımızın qaytarılmasını tələb edirik. Hər an hər şey baş verə bilər. Ən azından aprel döyüşləri bunu deməyə əsas verir. Bu da bir həqiqətdir ki, münaqişə tərəfləri arasında növbəti görüş baş tutarsa, artıq burada Ermənistanın istifadə edə biləcəyi bütün variantlar iflasa uğrayacaq. Çünki, artıq Ermənistanın şərt irəli sürmək üçün daxili və xarici potensialı uyğunlaşmır". Politoloqun sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyi cəbhədə yenidən hərbi əməliyyatları aktuallaşdıra bilər: "Ümumiyyətlə, münaqişə zonalarında hərbi əməliyyatların başlanmayacağına heç kim zəmanət verə bilməz. Gərginlik var, işğal faktı var. Bu Azərbaycana haqlı əsas verir ki, torpaqlarını istənilən yolla qaytarsın. Onu da nəzərə almaq lazımdır ki, münaqişə başlayan

vaxtdan bu günə qədər bütün göstəricilər Ermənistanla müqayisədə Azərbaycanın xeyrinədir. Onu da qeyd etmək lazımdır ki, münaqişənin danışıqlar yolu ilə də həll olunmağına ümidlər var. Son dövrlərdəki hadisələr istər aprel döyüşləri, istərsə də Azərbaycanın Rusiya və Türkiyə münasibətlərinin yaxşılaşmasında göstərdiyi səy problemin Azərbaycanın xeyrinə həllində mühüm rol oynaya bilər".

"Region" Analitik Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistan prezidenti Serj Sərkisyan öz xoşu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaq: "Aprel döyüşləri və Ermənistanın itkiləri onu hələ ağıllandırmayıb. Əks halda, Sərkisyan Dağlıq Qarabağı su yoluna döndərməzdi. İndi də 2 sentyabrda Dağlıq Qarabağın "müstəqilliyinin 25 illliyini" qeyd etmək üçün Xankəndinə gəlib. Serj Sərkisyan Xankəndidəki mərasimlərdə iştirak etməklə yanaşı işğal altındakı Şuşada hansısa yataqxana kompleksinin açılışında iştirak edəcək. Bu o deməkdir ki, Şuşadan da ikiəlli yapışıblar". Politoloq bu arada Azərbaycan tərəfinin problemin həlli ilə bağlı ortaya qoyduğu qətiyyətli mövqe, son günlər beynəlxalq aləmə bu barədə ünvanlanan çağırışlar barədə də fikirlərini bildirib: "Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Berlində ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında çıxış edib. Çıxışın mətnini oxudum, nazir vacib tezislər səsləndirib. Elmar Məmmədyarovun bircə "Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib" fikri bir az sual doğurur. Çünki həmin "zaman" elə işğalın ilk günündən yetişib. Elmar Məmmədyarov Berlində çıxış edən erməni həmkarı Edvard Nalbandyanı ziddiyətli fikirlərinə görə də tənqid edib. Məncə, Azərbaycan xarici işlər naziri Berlində daha bir sual səsləndirməli idi: "Ermənistan prezidentinin Şuşada nə işi var, axı bu danışıqlara və sülhə təxribatdır, Madrid planına görə Şuşadan işğalçı qüvvələr çıxarılacaqsa, Ermənistan hakimiyyəti niyə orada inzibati binalar inşa etdirir?".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31