Gündəm
Dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edəcək addım
Sentyabrın 26-da Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi, referenduma hazırlıq prosesi davam edir. Artıq bir neçə gündür ki, təbliğat-təşviqat kampaniyasına start verilib və bu məqsədlə yaradılmış təşəbbüs qrupları tərəfindən istər paytaxtda, istərsə də yerlərdə ictimaiyyətlə görüşlər keçirilərək dəyişikliklərin mahiyyəti, ölkə üçün əhəmiyyəti barədə xalq geniş məlumat verilir. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə diqqət yetirdikdə, bu dəyişikliklərin Azərbaycanın bundan sonrakı uğurlu inkişafı üçün yeni imkan, fütsət olduğunu aydın görürük. Təsadüfi deyil ki, məhz bu baxımdan mütləq əksəriyyət ölkənin Ana Qanununa edilməsi nəzərdə tutulan əlavə və dəyişiklikləri dəstəkləyir. Elə millət vəkilləri də bu qənaətdədirlər.
“Mühacir” qəzeti 19 ildən sonra bərpa olundu
“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyinin orqanı olan “Mühacir” qəzeti 19 ildən sonra fəaliyyətini bərpa edib.
Azərbaycanda insan ləyaqəti qorunur və ona hörmət edilir
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs Mirzəcan Xəlilov qeyd edib ki, bu il Azərbaycan dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyini yaşayır.
Bank sektoru qısa zamanda praktik olaraq yenidən qurulmalıdır
Ötən ilin sonlarında ölkənin maliyyə bazarında yaşanan neqativ hallar ən çox bank sektorunda ciddi problemlərin olduğunu üzə çıxardı. Məlum oldu ki, banklar heç də göründüyü qədər sağlam fəaliyyətdə deyil, ölkədə fəaliyyət göstərən əksəriyyət banklar yaranan ən xırda çətinliyi belə aradan qaldırmaq iqtidarından kənardır. Elə bu səbəbdəndir ki, onlarla bank yaranmış çətinliyə tab gətirə bilməyərək fəaliyyətini dayandırdı. Bəs görəsən bank sektorunda mövcud olan problemlərin əsas səbəbi nədir və rentabelli fəaliyyət göstərməyən bankların müəyyən edilməsi üçün mütləq maliyyə bazarında hansısa problem yaranmalı idi?
Əhalinin siyahıyaalınmasında hansı kriteriyalar əsas götürüləcək?
Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib. Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Siqaretin qiyməti niyə bahalaşır?
Artıq bir neçə gündür ki, Azərbaycanda siqaretlərin qiymətlərində yenidən artım müşahidə edilir. Belə ki, satışa çıxarılan bəzi növ siqaretlər hətta 20-30 qəpik bahalaşıb.
İcbari tibbi sığortanın tətbiq olunacağı ərazilərin adları açıqlandı
İcbari tibbi sığorta Mingəçevir şəhəri və Yevlax rayonunda həyata keçiriləcək. Bu barədə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev özünün Twitter hesabında açıqlayıb. Agentliyin yaydığı açıqlamada bildirilir ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aparılmış araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələr nəticəsində Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçib.
Sürücülük vəsiqəsi yaşı 21-dən yuxarı olan vətəndaşlara veriləcək
Sentyabrın 8-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinnin iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclasda bir sıra qanunlara əlavələr və dəyişikliklər müzakirəyə çıxarılıb. Müzakirə olunan məsələlər arasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər məsələsi də var.
Saxtakar sahibkarlar cəzalandırılacaq
Azərbaycanda yoxlama prosesində saxtalaşmaya yol verən sahibkarlarla bağlı yeni cəzalar müəyyən edilir. “Olaylar” xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 8-də keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 602.4 maddəsinə təklif olunan əlavələr müzakirə edilib.Maddəyə edilən əlavəyə görə, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təhrif olunmuş halda təqdim olunmasına, yanlış məlumatın verilməsinə görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatədək cərimə edilir.
Büdcə təşkilatlarında korrupsiya ilə mübarizə bölməsi yaradılır
Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə bölmə yaradılır.
Azərbaycandakı zəlzələ Ermənistanı silkələdi
Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ Ermənistanda da hiss olunub.
Ölkədə təhlükəli siqaretlər satılır
“Siqaretin bahalaşdığı bir şəraitdə Şəki şəhərində “Mehdi” firması və “Azəri” korporasiyası 45 qəpiyə filtirsiz siqaret istehsalına başlayıb. Onlar çox təhlükəli siqaretlərdir.
Tanınmış astroloq bürclərin sürüşməsinə "nöqtəni qoydu": "Kimin hünəri varsa..."
Astroloq Səbuhi Rəhimli NASA-nın bürclərin 13 olduğunu elan etməsi barədə məlumata münasibət bildirib.
Ermənistanda hakimiyyət zəlzələsi: daha 5 nazir QOVULUR
Bu gün Ermənistanın baş naziri Ovik Abramyan istefa verib. Onun vəzifəsinə İrəvanın sabiq meri Karen Karapetyanın təyinatı gözlənilir.
Sarısu gölündə ilkin monitorinqlər balıqların ölümündə antropogen təsirin olmadığını göstərib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Sarısu gölündə balıqların kütləvi tələfatı ilə bağlı məsələyə münasibət bildirib.














