Gündəm
Nazirlik büdcəyə ödənilən verginin məbləğini açıqladı
Vergilər Nazirliyi 2016-cı ilin 8 ayı ərzində büdcəyə daxil olan verginin məbləğini açıqlayıb. Nazirliyin Analitik-informasiya şöbəsindən “Olaylar”a verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 milyard 351 milyon 970 min manat vəsait daxil olub. Proqnoz tapşırığına 100,3 faiz əməl edilib. Hesabat dövründə 75806 vergi ödəyicisi qeydiyyata alınıb.
Elmar Məmmədyarov Fransada Qarabağdan danışıb
Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Respublikasının Avropa Məsələləri üzrə Dövlət Naziri Harlem Desir ilə görüşüb.
Regionun geosiyasi mənzərəsi dəyişməkdədir
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin həllində artan diplomatik hərəkətlilik yalnız Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşünün keçirilməsi ilə yadda qaldı. Həmin görüşlər də işğalçı tərəfin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz yekunlaşdı. Hər halda ötən 5 ay müddətində problemin həlli istiqamətində ciddi bir addımın atılmaması bunu deməyə əsas verir. Bütün bunlar isə Azərbaycan tərəfində haqlı narazılıq yaradır. Artıq cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq ATƏT-in Minsk qrupu kəskin tənqid edilir, beynəlxalq aləm, dünya birliyi işğalçı Ermənistanın nazı ilə oynamaqda ittiham edilir. Hər halda Ermənistan prezidenti Serj Sərkisyanın bu günlərdə yenidən işğal altında olan Dağlıq Qarabağa səfər etməsi, Şuşada bir neçə obyektin açılış mərasiminə qatılması deyilənləri təsdiqləyir.
Hansı tibbi xidmətlər pulsuzdur?
Aparılan araşdırmalar deməyə əsas verir ki, ölkə vətəndaşları hansı xəstəliyin müayinə və müalicəsinin pulsuz olması barədə kifayət qədər bilgiyə malik deyillər. Azərbaycanda dövlət və özəl tibb nüəssisələri fəaliyyət göstərdiyindən bir sıra tibbi yardımın dəyəri pasientlər üçün qaranlıq qalır. Elə bu səbəbdən də son vaxtlar redaksiyamıza narazılıq dolu məktublar daxil olmaqdadır.
Qarşıdakı aylarda erməni təxribatı arta bilər
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövcud vəziyyət heç də qaneedici görünmür. Ermənistan tərəfinin ənənəvi olaraq nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe, danışıqlar prosesinə mane olmaq cəhdi yenə də açıq-aşkar özünü büruzə verir. Təssüflər olsun ki, hər zamankı kimi bu dəfə də beynəlxalq birlik, xüsusilə Dağlıq Qatabağ probleminin həllini öz üzərinə götürən ATƏT-on Minsk Qrupu işğalçı ölkənin bu şıltaqlığına göz yumur, ona qarşı hər hansı bir təzyiq vasitəsindən istifadə etmir.
Lavrov və Kerri görüş haqqında razılığa gəliblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüşün keçirilməsi haqqında razılıq əldə olunub.
"Azərbaycanda meyit orqanlarının transplantasiyası üçün bütün şərait var"
Azərbaycanda meyit orqanlarının transplantasiyası üçün bütün şərait var.
“Ağıllı” saat üçün səsli kəmər
"Samsung C-Lab" şirkəti "Sgnl" saatları üçün barmağı qulağa yaxınlaşdırmaqla səsli rabitədən istifadəyə imkan verən "ağıllı" kəmərin ilkin sifarişlərinin qəbuluna başlayıb.
Tayvan Ermənistana qəti etirazını bildirib
Tayvan hökuməti Ermənistana qarşı qəti etirazını bildirib.
Bakıda təcili tibbi yardım xidməti sistemində yenilik
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası təcili tibbi yardımın keyfiyyətini artırmaq və bəzi nöqsanları aradan qaldırmaq məqsədi ilə təcili tibbi yardım stansiyasına zəng edən şəxsin həmin an yerləşdiyi məkanın dəqiq təyin edilməsi sistemini yaratmağı nəzərdə tutub.
Amerikadan FƏLAKƏT SSENARİSİ: 10 yeni müharibə başlayacaq
"Washington Post" qəzetinin son sayında Suriya və İraqda daha 10 müharibə ocağının yarana biləcəyi ilə bağlı məqalə dərc edilib.
Alimlərimiz də din məsələsindəki perspektivlərə baxışlarını bildirməlidirlər
"Bizim bir müsəlman ölkəsi kimi din məsələsindəki perspektivlərdə hansı siyasəti həyata keçirməli olduğumuza dair yalnız siyasətçilər deyil, həm də alimlər öz baxışlarını bildirməlidirlər. Alimlər dini tədqiqatlarla öz fikirlərini irəli sürməlidirlər ki, dövlət həmin tədqiqatlara söykənərək dövlət-din münasibətlərində siyasətini qura bilsin".
Təcili yardımın pullu olması bu gün səhiyyənin qarşısında duran məsələ deyil
“Azərbaycanda təcili yardım xidmətinin pullu olması bu gün Səhiyyə Nazirliyinin qarşısına qoyduğu məsələ deyil”.
Quru Qoşunlarının hərbçisi vətəndaşa vurduğu ziyanı ödəmir
İldən-ilə idarəetmə sahəsində aparılan islahatlar, bu istiqamətdə görülən məqsədyönlü işlər, eləcə də əyalət məmurları qarşısında qoyulan qəti tələb yerlərdə vətəndaşların üzləşdiyi problemlərin, haqlı narazılıqların həllinə öz müsbət təsirinbi göstərsə də, lakin hələ də bir çox yerlərdə müəyyən problemlər qalmaqdadır.














