"Azərbaycanda meyit orqanlarının transplantasiyası üçün bütün şərait var"
Azərbaycanda meyit orqanlarının transplantasiyası üçün bütün şərait var.
8 Sentyabr 2016 13:53 SosialAzərbaycanda meyit orqanlarının transplantasiyası üçün bütün şərait var.
Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini bildirib ki, bununla bağlı qanunvericilikdə dəyişiklik olmalıdır.
E.Ağayev əlavə edib ki, meyit orqanlarının transplantasiyası həm də etik bir məsələdir: "Bu, bir qədər etik məsələdir. Bunun üçün seminarlar keçirilməli, müzakirələr davam etdirilməlidir. Çünki millətin etik normaları var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqanların transplantasiyasının həyata keçirilməsi gələcəyin işidir".
O bildirib ki, bu gün Azərbaycanda xəstəxanalarımızda orqan transplantasiyası əməliyyatları keçirilir: "Regionlarda da bu əməliyyatların həyata keçirilməsi mümkündür. Bu sahə daha da inkişaf etdirilməlidir".