Regionun geosiyasi mənzərəsi dəyişməkdədir
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin həllində artan diplomatik hərəkətlilik yalnız Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşünün keçirilməsi ilə yadda qaldı. Həmin görüşlər də işğalçı tərəfin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz yekunlaşdı. Hər halda ötən 5 ay müddətində problemin həlli istiqamətində ciddi bir addımın atılmaması bunu deməyə əsas verir. Bütün bunlar isə Azərbaycan tərəfində haqlı narazılıq yaradır. Artıq cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq ATƏT-in Minsk qrupu kəskin tənqid edilir, beynəlxalq aləm, dünya birliyi işğalçı Ermənistanın nazı ilə oynamaqda ittiham edilir. Hər halda Ermənistan prezidenti Serj Sərkisyanın bu günlərdə yenidən işğal altında olan Dağlıq Qarabağa səfər etməsi, Şuşada bir neçə obyektin açılış mərasiminə qatılması deyilənləri təsdiqləyir.
8 Sentyabr 2016 14:09 SosialRegionun geosiyasi mənzərəsi dəyişməkdədir
Serj Sərkisyan Rusiyaya arxayın olub rmünaqişəni uzadacaqsa, regiona yeni beynəlxalq qüvvələr gələcək
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ probleminin həllində artan diplomatik hərəkətlilik yalnız Azərbaycan və Ermənistan prezidentlərinin iki görüşünün keçirilməsi ilə yadda qaldı. Həmin görüşlər də işğalçı tərəfin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticəsiz yekunlaşdı. Hər halda ötən 5 ay müddətində problemin həlli istiqamətində ciddi bir addımın atılmaması bunu deməyə əsas verir. Bütün bunlar isə Azərbaycan tərəfində haqlı narazılıq yaradır. Artıq cəmiyyətin müxtəlif təbəqələri tərəfindən haqlı olaraq ATƏT-in Minsk qrupu kəskin tənqid edilir, beynəlxalq aləm, dünya birliyi işğalçı Ermənistanın nazı ilə oynamaqda ittiham edilir. Hər halda Ermənistan prezidenti Serj Sərkisyanın bu günlərdə yenidən işğal altında olan Dağlıq Qarabağa səfər etməsi, Şuşada bir neçə obyektin açılış mərasiminə qatılması deyilənləri təsdiqləyir.
Bəlkə də Azərbaycan tərəfinin artam haqlı narazılığı, bu narazılığın təmas xəttində özünü açıq şəkildə göstərəcəyindən olan ehtiyatdır ki, həmsədrlərdə bir hərəkətlilik yaranmağa başlayıb. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Rusiya Federasiyasının paytaxtı Moskvada toplaşıblar. Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak etməlidir. Xəbərlərə görə, həmsdrlərin Moskva görüşündə mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi önəm veriləcək.
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bir ay fasilədən sonra Minsk qrupunun Moskvada toplanması Rusiyanın münaqişədə baş rolda olmasını göstəricisidir və müzakirələr əsasən Rusiyanın verəcəyi təkliflər əsasında olacaq: "Rusiyanın münaqişədə öz təklifləri var və bu təkliflərlə bağlı müəyyən zamanda konfidensial danışıqlar aparılıb. Prinsipial nöqteyi nəzərdən isə ortada razılaşma yoxdur.Detallar ictimaiyyətə açıqlanmır". Politoloqun szlərinə görə, Minsk qrupu prezidentlərin görüşünün növbəti mərhələsini hazırlayırlar: "Bu görüşdə Rusiyanın verdiyi şərtlər müzakirə olunaraq tərəflərə təqdim ediləcək. Rusiyanın təklifləri nədən ibarətdir bu, prezidentlərin görüşündən sonra ortaya çıxacaq ". Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın hərbi uğuru Ermənistanda siyasi gərginliyə səbəb olub. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sərkisyan artıq erməni siyasi-ictimaiyyətinin hədəfindədir: "Sarkisyannın bütün cəhdləri danışıqları yubatmaq, mümkün dərəcədə Rusiyadan asılılığı davam etdirməkdir". Politoloq hesab edir ki, bütün bunlarla yanaşı regionun geosiyasi mənzərəsi dəyişməkdədir: "Serj Sərkisyan Rusiyaya arxayın olub rmünaqişəni uzadacaqsa regiona yeni beynəlxalq qüvvələr gələcək. NATO artıq, regionda Gürcüstana tam dəstəyini ifadə edibd. Və bu, Gürcüstanı Rusiyadan qorumaq siyasətinin tərkib hissəsidir. Rusiya öz maraq dairəsi hesab etdiyi Cənubi Qafqazda regional problem olan Dağlıq Qarabağ münaqişəsini dondurmaq siyasətini davam etdirsə, regionda yenidən müharibə riski qaçılmaz olacaq. NATO neçə illərdir ki, Azərbaycan ərazisində öz qoşunlarını yerləşdirmək istəyir . Görünür proseslər belə situasiyada davam edərsə NATO ölkımizə gələ bilər. Azərbaycan isə hələlik Rusiya amilinə görə buna getmir". Məhəmməd Əsədullazadənin qənaətincə, Rusiya yenidən Qarabağ münaqişəsində imitasiya xarakterli gedişlər edərsə, Azərbaycanın seçimi müharibə olacaq: "Görünən budur ki, Ermənistan torpaqları boşaltmayacaq. Azərbaycanla 23-il ərzində keçirdiyi danışıqlarda yalnız Qarabağın müstəqilliyini önə çəkib və tələbini geri götürmür. Yalnız hərbi güclə davamlı olaraq Ermənistanı bu istəyindən vaz keçirmək olar. Ermənistan ciddi şəkildə Rusiyanın himayəsi ilə danışıqları pozacaq. Onu da qeyd edək ki, artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Ermənistana keçir və Ermənistan Azərbaycana qarşı bundan maksimum yararlanmaq siyasəti aparacaq. Hazırda cəbhə xəttində atəşkəs davamlı olaraq pozulmaqdadır. Region yeni müharibəyə hazır vəziyyətdədir. Bunu qoruyub,saxlamaq çox çətin olacaq. Aprel əməliyyatları test idi və ugurlu əməliyyatların görünür davamı gözlənilir".
S.İsmayılbəyli