Dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edəcək addım

Sentyabrın 26-da Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi, referenduma hazırlıq prosesi davam edir. Artıq bir neçə gündür ki, təbliğat-təşviqat kampaniyasına start verilib və bu məqsədlə yaradılmış təşəbbüs qrupları tərəfindən istər paytaxtda, istərsə də yerlərdə ictimaiyyətlə görüşlər keçirilərək dəyişikliklərin mahiyyəti, ölkə üçün əhəmiyyəti barədə xalq geniş məlumat verilir. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə diqqət yetirdikdə, bu dəyişikliklərin Azərbaycanın bundan sonrakı uğurlu inkişafı üçün yeni imkan, fütsət olduğunu aydın görürük. Təsadüfi deyil ki, məhz bu baxımdan mütləq əksəriyyət ölkənin Ana Qanununa edilməsi nəzərdə tutulan əlavə və dəyişiklikləri dəstəkləyir. Elə millət vəkilləri də bu qənaətdədirlər.

Konstitusiya dəyişiklikləri belə xarakterizə edilir

Sentyabrın 26-da Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi, referenduma hazırlıq prosesi davam edir. Artıq bir neçə gündür ki, təbliğat-təşviqat kampaniyasına start verilib və bu məqsədlə yaradılmış təşəbbüs qrupları tərəfindən istər paytaxtda, istərsə də yerlərdə ictimaiyyətlə görüşlər keçirilərək dəyişikliklərin mahiyyəti, ölkə üçün əhəmiyyəti barədə xalq geniş məlumat verilir. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərə diqqət yetirdikdə, bu dəyişikliklərin Azərbaycanın bundan sonrakı uğurlu inkişafı üçün yeni imkan, fütsət olduğunu aydın görürük. Təsadüfi deyil ki, məhz bu baxımdan mütləq əksəriyyət ölkənin Ana Qanununa edilməsi nəzərdə tutulan əlavə və dəyişiklikləri dəstəkləyir. Elə millət vəkilləri də bu qənaətdədirlər.

Millət vəkili Hadı Rəcəbli deyir ki, Konstitusiyada islahatların aparılmasının zəruriliyi siyasi-ictimai, sosial-iqtisadi və digər sahələrdə inkişafın dinamikası ilə birbaşa əlaqəlidir. Onun sözlərinə görə, Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib: "Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Biz bu islahata getməliyik. İndiyədək bu mövzuda aparılmış müzakirələrin nəticələri də cəmiyyətimizin Konstitusiya islahatına hazır olduğunu, dəyişikliklərin cəmiyyət və xalq tərəfindən birmənalı dəstəklənəcəyini göstərir. Biz seçilərlə görüşlərdə də belə bir yanaşmanı görürük".

Millət vəkili Azər Badamov bildirib ki, sentyabrın 26-da Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək növbəti referendum dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə, vətəndaş hüquq və azadlıqlarının daha yaxşı qorunmasına hüquqi islahatların uğurla aparılmasına zəmin yaradacaqdır: "Bütövlükdə Konstitusiyada nəzərdə tutulan dəyşikliklər dövlətçiliyimizin möhkəmlənməsinə, vətəndaşlarımızın sosial rifahının yaxşılaşmasına xidmət edəcək". Millət vəkili deyib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi Azərbaycan cəmiyyətinin inkişafı ilə əlaqəlidir: "Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edir. Ötən illər ərzində həm iqtisadiyyatımız, həm də cəmiyyətimiz inkişaf edib. Bununla paralel olaraq Azərbaycan qanunlarının inkişafı da qaçılmazdır. Təqdim olunan 29 dəyişikliyin hər birinin özünəməxsus əhəmiyyəti var. Bu dəyişikliklərdən biri də Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan 103.1 maddəsidir. Yəni bu maddədə Azərbaycanda 1-ci vitse-prezident və vitse-prezidentlər vəzifələrinin təsis olunmasının qanun normasına salınması nəzərdə tutulur. Ümumiyyətlə, vitse-prezidentlər institutu beynəlxalq praktikada mövcuddur və BMT-də təmsil olunan 193 dövlətdən 67-də bu postlar mövcuddur". Azər Badamovun sözlərinə görə, vitse-prezident postları olan ölkələrin əksəriyyəti möhkəm dövlət quruluşuna malik inkişaf etmiş ölkələrdir: "Dünya praktikasından görürük ki, hansı ölkədə inkişaf varsa, iqtisadi cəhətdən qabağa gedirsə, o ölkədə qanunlar da inkişaf edir. Hesab edirəm ki, təklif edilən hər bir dəyişiklik ölkəmizin iqtisadi inkişafına, sabit cəmiyyətin təşkilinə və xarici təhlükələrdən müdafiənin gücləndirilməsinə birbaşa xidmət edəcək".

Millət vəkili Eldar İbrahimov qeyd edib ki, sosial sifarişlər və dövrün tələbləri nəzərə alınaraq, Konstitusiyaya dəyişikliklərin edilməsi həm zəruri, həm də faydalıdır: "2009-cu ildə keçirilmiş referendumdan sonra keçən 7 il ərzində Azərbaycanda baş verən əsaslı dəyişikliklər, yeni qlobal çağırışlar Azərbaycan Konstitusiyasının bu tələblərə uyğunlaşdırılmasını zəruri edir.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış əsas qanunumuz - Konstitusiyamız 1995-ci il noyabr 12-ə təyin olunmuş referendumda qəbul edilib. Ötən dövrdə Konstitutsiyaya zəruri dəyişikliklərin edilməsi 2002, 2009-cu illərdə referendum yolu ilə baş verib. Bu il sentyabrın 26-na təyin edilmiş referenduma Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik edilməsi və 6 yeni maddənin əlavə edilməsi təklif edilib. Böyük əminliklə qeyd etmək istəyirəm ki, Referendum Aktında nəzərdə tutulan bütün təkliflər Konstitusiyanın 12-ci maddəsinnin birinci hissəsinə tam uyğundur və onun həyata keçirilməsinə təminat verir". Millət vəkilinin sözlərinə görə, Konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər ölkəmizin demokratik və hüquqi dövlət quruculuğu istiqamətində irəliyə atdığı ən uğurlu addımlardan biridir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31