Ölkədə təhlükəli siqaretlər satılır
“Siqaretin bahalaşdığı bir şəraitdə Şəki şəhərində “Mehdi” firması və “Azəri” korporasiyası 45 qəpiyə filtirsiz siqaret istehsalına başlayıb. Onlar çox təhlükəli siqaretlərdir.
8 Sentyabr 2016 13:10 Sosial"Siqaretin bahalaşdığı bir şəraitdə Şəki şəhərində "Mehdi" firması və "Azəri" korporasiyası 45 qəpiyə filtirsiz siqaret istehsalına başlayıb. Onlar çox təhlükəli siqaretlərdir. Artıq Azad İstehlakçılar Birliyi bunun qarşını almaq istiqamətində lazımi iş aparır". Bunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkəmizdə "Karvan" və " Şəki" adında təhlükəli və ucuz siqaretlər satılır: "Azyaşlı uşaqlar qiymətin aşağı olmasından istifadə edərək alıb istifadə edirlər. Bununla yanaşı, ölkəmizə qaçaq yolla siqaretlərin gətirilməsi də hər zaman olub və olcaq. Ölkəmizə qaçaq yolla gətirilən siqaretlər əsasən Bakının Nərimanov rayonu ərazisində satılır. Artıq 15-20 ildir bu proses davam edir". E.Hüseynov bildirib ki, siqaretin qiymətinin qalxmasının tərəfdarıdır: "Hər bir biznes qurumu malı istədiyi qiymətə sata bilər. Bu, bazar iqtisadiyyatından qaynaqlanan bir məsələdir. Dövlət qiymətə müdaxilə edə bilməz. Əgər dövlət istəyirsə ki, məhsulun qiyməti aşağı düşsün, o zaman bir sıra tədbirlər həyata keçirməlidir. Məsələn, dövlət rüsümu aşağa sala bilər. Ancaq siqaretə tələb var ki, qiymət də artıb".