Əhalinin siyahıyaalınmasında hansı kriteriyalar əsas götürüləcək?

Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib. Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dağlıq Qarabağda bu proses necə keçiriləcək?

Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin. Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib. Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, 17 dekabr 1926-ci ildə SSRİ-də əhalinin ilk siyahıyaalınması aparılmışdır. Ümumilikdə isə Azərbaycanda 1926, 1939, 1959, 1970, 1979, 1989 və 1999-cu illərdə əhalinin siyahıya alınması keçirilib. Əahilinin 17 dekabr 1926-ci siyahıyaalınmasında Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil olan Azərbaycan SSR əhalisi də siyahıya alınmışdır. 1926-cı il siyahıyaalınması zamanı Azərbaycan SSR-nın ərazisi 85,968 km², faktiki əhalisi (Azərbaycan SSR ərazisində daimi yaşayan Azərbaycan SSR vətəndaşları, SSRİ-nın Azərbaycan SSR-dan kənardakı digər ərazilərində daimi yaşayan Azərbaycan SSR vətəndaşları, Azərbaycan SSR ərazisində daimi yaşayan SSRİ-nın digər ərazilərindən olan SSRİ vətəndaşları, Azərbaycan SSR ərazisində müvəqqəti yaşayan SSRİ-nın digər ərazilərindən olan SSRİ vətəndaşları, Azərbaycan SSR ərazisində müvəqqəti yaşayan SSRİ vətəndaşı olmayan əcnəbilər birlikdə) isə 2,314,571 nəfər (1212859 nəfəri kişilər, 1101712 nəfəri qadınlar) olmuşdur. Faktiki əhalinin 649,557 nəfəri (338325 nəfəri kişilər, 311232 nəfəri qadınlar) şəhərlərdə, 1,665,014 nəfəri (874534 nəfəri kişilər, 790480 nəfəri qadınlar) isə kəndlərdə yaşayırdı. Siyahıyaalınma zamanı Azərbaycan SSR ərazisində 35 şəhər və 5788 kənd yaşayış məntəqəsi mövcud olmuşdur.
 

***

Əhalinin növbəti siyahıyaalınması 1999-cu ildə baş tutub və o zaman ölkə əhalisi 7 milyon 900 minə yaxın olub. 1999-cu ilin siyahıyaalma materiallarına əsasən respublika əhalisinin 90,6%-ni azərbaycanlılar, 9,4%-ni 80-dən bir çox millətin nümayəndələri təşkil etmişdir. Onlar arasında rusların xüsusi çəkisi l,8%, ermənilər 1,5%, ləzgilər 2,2%, avarlar 0,6% olmuşdur. Əhalinin qalanını isə talışlar, yəhudilər, kürdlər, tatarlar, ukraynalılar, beloruslar, tatlar, udinlər və başqa millətlərin nümayəndələri təşkil etmişdir. Ləzgilər əsasən respublikanın Quba-Xaçmaz iqtisadi rayonunda, avarlar Şəki-Zaqatala iqtisadi rayonunda, talışlar Lənkaran-Astara iqtisadi rayonunda, kürdlər Naxçıvan və digər iqtisadi rayonlarda məskunlaşmışlar.
Sonuncu dəfə əhalinin siyahıyaalınması 2009-cu il aprel ayının 13-dən 22-dək keçirilib. Siyahıyaalma bülletenlerinə 35 sual daxil edilib. Bu suallar sorğuya cəlb edilmiş şəxsin cinsi mənsubiyyəti, peşəsi, dini etiqadı, nigahı və sairə barədə olub. Onu da xatırladaq ki, siyahıya alma prosesi zamanı ən həssas məqamlardan biri də əhalinin milli tərkibinin müəyyən edilməsinə aiddir. Çünki bəzi etnik qrupların nümayəndələri bəzən milli tərkibin formal müəyyən edildiyini və real durumu əks etdirmədiyini iddia edir. Azərbaycanda əhalinin etnik tərkibin müəyyən edilməsi şəffaf və məcburiyyətsiz keçirilir. Azərbaycnda son siyahıyalma zamanı əhalinin 90 %-nin azərbaycanlı olduğu müəyyən edilib. Yerdə qalanı isə ləzgilər, ruslar, talışlar və ermənilər təşkil edib. Elə maraq doğuran digər bir məqam da Qarabağ əhalisinin sayı ilə baqlıdır. Məlumat üçün bildirək ki, münaqişə ucbatından Qarabağ bölgəsində siyahıya almanı keçirmək mümkün olmadığından əvvəlki göstəricilər nəzərə alınır. Aprelin 13-də start götürən siyahıyaalma zamanı əhalidən müvafiq məlumatların toplanmasını 24 min nəfərdən ibarət xüsusi təlimdən keçən işçilər aparıb. Eyni zamanda, bu məqsədlə ölkə üzrə xüsusi sayıcı məntəqələri açılıb və orta hesabla hər məntəqə 17-18 min nəfərin siyahıya alınmasını təşkil edib. Onu da bilddirək ki, Azərbaycanda yaşayan xarici vətəndaşlar da müvafiq səfirlik və konsulluqların köməyi ilə siyahıya alınıb. Siyahıyaalma anketlərində əksini tapan sualların cavabları 200 nəfər işçi tərəfindən elektron formatda olan xüsusi məlumat bazası şəklinə salınıb. Əhalinin siyahıya alınması zamanı toplanan məlumatlar üzrə hesabat isə 2010-cu ildə tam hazır olub. Dövlət Statistika Komitəsinin hesabatlarına əsasən, 2009-cu ilin mart ayının 1-nə Azərbaycan əhalisinin sayı 8,753 mln. nəfər təşkil edib.
 

***

Xatırladaq ki, Azərbaycanda əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir. Azərbaycan tarixində əhalinin siyahıyaalınması ümumilikdə 7 dəfə keçirilib. Yeri gəlmişkən bildirək ki, bu proses BMT-nin tövsiyələrinə uyğun olaraq hər 10 ildən bir və dünyanın bütün ölkələrində aparılır. Siyahıyaalınma ənənəvi olaraq sayıcılar tərəfindən əhalini fərdi qaydada sorğu etməklə həyata keçirilir. Azərbaycan BMT-nin tövsiyə etdiyi sualların 70 - 80 faizini əhatə edib. Daha dəqiq, 35 sualdan 6-sı ev təsərrüfatına, yəni yaşayış, mənzil şəraitinə, onun abadlığına aiddir, 29 sual isə hər bir fərdə aid edilib. Burada insanın cinsindən, anadan olduğu tarixdən, nikah vəziyyətindən, təhsil səviyyəsindən, məşğulluğundan, hansı iqtisadi fəaliyyət növündə çalışmasından, yaxud işsizliklə bağlıdır. Mülkiyyət məsələləri ilə bağlı sualları ailə başçısı cavablandırır və siyahıyaalınma zamanı hər hansı hüquqi sənəd tələb olunmur. Körpə uşaqlar haqda məlumatları valideynlər verir, eşitmə, görmə, danışıq qabiliyyətləri zəif olanlar barədə sualları isə onların valideyn və ya qəyyumları cavablandırır. Siyahıyaalınmada qocalar və uşaq evlərinin sakinləri, xarici ölkələrdəki Azərbaycan vətəndaşları, qaçqın və məcburi köçkünlər də hesablanır. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31