Gündəm
Qazaxıstan baş naziri vəzifəsindən azad olundu
Qazaxıstanın baş naziri Kərim Məsimov baş nazir postundan azad edilib.
Bu gün Rioda 7 idmançımız yarışacaq
Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının ilk günündə - sentyabrın 8-də Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulacaq.
Elektron informasiya sistemindən 1 369 124 dəfə istifadə qeydə alınıb
Cari ilin avqust ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı əvvəlki iyul ayına nisbətən 15 faiz, ötən ilin avqust ayına nisbətən 30 faiz artaraq 164 981-ə çatıb.
"Eurovision 2017"nin ev sahibi Ukrayna olmayacaq?
Rusiya "Eurovision 2017"nin ev sahibliyini edə bilər.
Putin və Nazarbayev İrəvana gedirlər -
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası oktyabrın 14-də İrəvanda keçiriləcək.
Hələ belə toy karvanı görmədiniz... VİDEO
Sabah hava əsasən yağmursuz olacaq
Sentyabrın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Moskvada Qarabağ münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr keçirilir
Rusiya Xarici İşlər NazirliyindəATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr başlayıb.
Ermənistanın baş naziri istefa verib
Ermənistanın baş naziri Ovik Abramyan istefa verib.
5 nəfəri vurub qaçan sürücü tutulub
Bakıda ikisi polis, biri FHN işçisini olmaqla 5 nəfəri vuraraq hadisə yerindən qaçan sürücü tutulub.
Qəbələnin 2500 il əvvəl mövcudluğunu təsdiqləyən tapıntılar əldə olunub
Avqust ayının ortalarından AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ arxeoloji ekspedisiyası professor Qafar Cəbiyevin rəhbərliyi ilə Qəbələ şəhərinin Qala adlanan ərazisində tədqiqat işlərini davam etdirir.
Musiqi sülhə səsləyir
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqi Həvəskarları Klubunda Beynəlxalq Sülh Günü münasibətilə “Sülh aylıği” çərçivəsində “Musiqi sülhə səsləyir” adlı tədbir keçirib.
“20 Yanvar dairəsi” istiqamətinə gedən yol genişləndirildi
Bakı şəhəri Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə gedən yola keçid hissədə və dairəyə doğru aparılan yenidənqurma işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, artıq sözügedən ərazidə məhdudlaşdırma aradan qaldırılaraq avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Sürücülərin nəzərinə
Bakı şəhərində nəqliyyat axınında sıxlığın yaranmasına səbəb olan ən başlıca amillərdən biri avtomobillərin düzgün park edilməməsidir. Qanunsuz parklama hallarının paytaxt yollarında tıxaclara səbəb olduğu hamıya məlumdur.
Yerli istehsalın artırılmasına dəstək verilir
“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda sonuncu seminarını Lerik rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirib. “OLAYLAR”-ın xəbərinə görə, layihə rəhbəri Vamiq Babayev öncə layihə və onun məqsədləri barədə danışıb. Layihə üzrə ekspert Lənkəran Dövlət Universitetin kafedra müdiri, Kənd Təsərrüfatı Elmləri Doktoru Balayar Şahbazov tərəfindən yerli istehsal prosesində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması, müasir dövrdə yerli istehsal zamanı yaranan problemlər və bu problemlərin qarşısının alınması yollarından söhbət açıb.














