Gündəm
Referendumla bağlı maarifləndirici treninq keçirilir
Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunan “Təqvim Planı”na uyğun olaraq 8 saylı Binəqədi I Seçki Dairəsində məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə 4 günlük treninqlərə başlanılıb.
Müəllimlər üçün əlavə yerləşdirmə
3-5 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb.
Konstitusiyaya ediləcək dəyişikliklərlə torpaq mülkiyyəti məsələsində problemlər həllini tapacaq
Bu gün ölkənin davamlı inkişafının təmini baxımından bir sıra məsələlərə xüsusi diqqətlə yanaşmalıyıq. Məsələn, torpaqlardan səmərəli istifadə etmək bir nömrəli məsələ kimi həm hökumətin və həm də kəndlilərin qarşısında qoyulub. Torpaqlar uzun müddətə fermerlərə icarəyə verilib.
Cəbhədə atəşkəsin pozulması halları davam edir
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.
"Güllüoğlu Baklavaları" şirkətinin sahibi həbs edilib
Türkiyə Prokurorluğunda “Fətullahçı” terror təşkilatı (FETÖ) ilə əlaqadə şübhəli bilinən daha 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Uşaq bağçaları pulsuz olacaq
Paytaxtda məktəbəqədər təhsil müəssisələrinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olması son dövrlərdə bu qurumla bağlı mövcud problemi gündəmə gətirib.
“Heç kimə gül lazım deyil” - Gül salonlarından
Bir neçə gün sonra məktəblər açılır. Məktəblərin açılması ilə bir çox məsələ önə çıxır. Bəzi valideynlər məktəbə ilk addımların atan şagirdlər üçün məktəb ləvazimatları ilə yanaşı övladlarının müəllimlərinə gül buketi də alırlar. Bəs gül bazarında vəziyyət necədir? Qiymətlər gül alanların üzünü güldürə bilirmi?
Türkiyədə 92 nəfər saxlanıldı
İstanbul Prokurorluğu “fətullahçılar” (FETÖ) barəsində başlatdığı araşdırma çərçivəsində daha 92 nəfərin saxlanılması barədə qərar verib.
Avropa Komissiyası: İstehlakçıya enerjinin mənbəyi maraqlı deyil
Enerji effektivliyinin artırılması üçünAvropa İttifaqı (Aİ) tamamilə inteqrasiya olunmuş enerji bazarının yaradılmasını qarşısına şərt kimi qoyub. "APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç deyib.
Bakı Olimpiadasında özümü çox rahat hiss edirəm
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının geridə qalan müddətdə əsas sensasiyası qadınların yarışında, IV turda baş tutub. SİA-nın məlumatına görə, latviyalı şahmatçı Dana Reyznietsa-Ozola Çin yığmasının lideri, dünya çempionu Hou Yifanı məğlub edib. Ümumi nəticədə Çin yığması Latviyanı 2,5:1,5 hesabı ilə məğlub etsə də, Reyznietsa-Ozolanın qələbəsi böyük rezonans doğurub.
Əsgər ölümü ilə bağlı heç kim məsuliyyət daşımır- İTTİHAM
“Son üç gündə sülh şəraitində orduda üç hərbi qulluqçu həlak olub”. SİA-nın məlumatına görə, bu bardə Ermənistanın birinci kanalına müsahibəsində orduda ölüm faktlarını araşdıran hüquq müdafiəçisi, Janna Aleksanyan həyacanlı şəkildə deyib.
Referendum günü xəstəxanalarda seçki məntəqələri təşkil ediləcək
Mərkəzi Seçki Komissiyası Səhiyyə Nazirliyi ilə birlikdə referendumla bağlı seminar-müşavirə keçirib.
Bu ilin 6 ayında Azərbaycanda insan alveri ilə bağlı 132 cinayət qeydə alınıb
2016-cı ilin 6 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 132 cinayət faktı qeydə alınıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 92 nəfər qadın insan alverinin qurbanı olub, 24 nəfər qadın fahişəliyə cəlb edilib.
Məhkəmə keçmiş “OMON”-çuların işinə baxmaqdan imtina edib
Bu gün Qaradağ rayon Məhkəməsində Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) üzvləri - Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun müraciəti əsasında məhkəmə olub.
Ermənistanda altı hərbçi kapitanı döyüb
Ermənistanın Sünik vilayətində xidmət edən 6 hərbçi zabiti döyüb.














