Referendumla bağlı maarifləndirici treninq keçirilir
Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunan “Təqvim Planı”na uyğun olaraq 8 saylı Binəqədi I Seçki Dairəsində məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə 4 günlük treninqlərə başlanılıb.
8 Sentyabr 2016 12:12 SosialMərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunan "Təqvim Planı"na uyğun olaraq 8 saylı Binəqədi I Seçki Dairəsində məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə 4 günlük treninqlərə başlanılıb. "OLAYLAR"-ın xəbərinə görə, maarifləndirmə xarakteri daşıyan bu kurslar DSK və MnSK-ların üzvlərinin hazırlığının artırılması, seçki sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayacaq. Treninqi giriş nitqi ilə açan 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Natiq Əliyev bu ilin 26 sentyabr tarixində ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişiklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi (referendum) haqqında ətraflı məlumat verib. Seçki Məcəlləsində referendumla bağlı nəzərdə tutulan bir sıra məsələlərə diqqət yönəldib. Daha sonra 8 saylı Binəqədi I Seçki Dairəsində seçkiyə hazırlıqla bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.