"Güllüoğlu Baklavaları" şirkətinin sahibi həbs edilib
Türkiyə Prokurorluğunda “Fətullahçı” terror təşkilatı (FETÖ) ilə əlaqadə şübhəli bilinən daha 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
8 Sentyabr 2016 12:07 DünyaTürkiyə Prokurorluğunda "Fətullahçı" terror təşkilatı (FETÖ) ilə əlaqadə şübhəli bilinən daha 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Haberturk xəbər verir ki, hakim qarşısına çıxarılan 65 nəfərdən 27-si məhkəmə nəzarətində olmaq şərti ilə sərbəst buraxılıb, 27 nəfərin məhkəmə istintaqı isə davam edir.
Barəsində həbs qərarı çıxarılan şəxslər arasında tanınmış iş adamları da var. Onlardan biri məşhur "Güllüoğlu Baklavaları" şirkətinin sahibi Faruk Güllüdür.
Qeyd edək ki, "Güllüoğlu Baklavaları" şirkətinin Bakıda da xeyli mağazası fəaliyyət göstərir...
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31