Yerli istehsalın artırılmasına dəstək verilir

“Şəfəq” Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili” layihəsi çərçivəsində “Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır” mövzusunda sonuncu seminarını Lerik rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirib. “OLAYLAR”-ın xəbərinə görə, layihə rəhbəri Vamiq Babayev öncə layihə və onun məqsədləri barədə danışıb. Layihə üzrə ekspert Lənkəran Dövlət Universitetin kafedra müdiri, Kənd Təsərrüfatı Elmləri Doktoru Balayar Şahbazov tərəfindən yerli istehsal prosesində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması, müasir dövrdə yerli istehsal zamanı yaranan problemlər və bu problemlərin qarşısının alınması yollarından söhbət açıb.

"Şəfəq" Ekoturizm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Kənd təsərrüfatı məhsullarının istehsalında stimullaşdırıcı tədbirlərin təşkili" layihəsi çərçivəsində "Yerli istehsal ərzaq təhlükəsizliyinin təminatıdır" mövzusunda sonuncu seminarını Lerik rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirib. "OLAYLAR"-ın xəbərinə görə, layihə rəhbəri Vamiq Babayev öncə layihə və onun məqsədləri barədə danışıb. Layihə üzrə ekspert Lənkəran Dövlət Universitetin kafedra müdiri, Kənd Təsərrüfatı Elmləri Doktoru Balayar Şahbazov tərəfindən yerli istehsal prosesində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması, müasir dövrdə yerli istehsal zamanı yaranan problemlər və bu problemlərin qarşısının alınması yollarından söhbət açıb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd kənd təsərrüfatının müxtəlif sahələrində yerli istehsalın artırılmasına dəstək istiqamətində sahibkarların və kənd yerlərində yaşayan əhalinin rolunu artırmaqla yerli istehsal və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31