Musiqi sülhə səsləyir
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqi Həvəskarları Klubunda Beynəlxalq Sülh Günü münasibətilə “Sülh aylıği” çərçivəsində “Musiqi sülhə səsləyir” adlı tədbir keçirib.
8 Sentyabr 2016 12:17 SosialAzərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Klassik Musiqi Həvəskarları Klubunda Beynəlxalq Sülh Günü münasibətilə "Sülh aylıği" çərçivəsində "Musiqi sülhə səsləyir" adlı tədbir keçirib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, muzeyin şöbə müdiri Xanım Abdinova Beynəlxalq Sülh Günü, Azərbaycan bəstəkarlarının yaradıcılığında sülh mövzusu haqqında çıxış edib. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi, BMT-nin "Ümumdünya insan hüquqları haqqında Bəyannaməsinin 50 illiyinə həsr olunmuş" müsabiqənin qalibi Cəlal Abbasovla görüş keçirilib.. Bəstəkar sülh mövzusunda yazdığı əsərləri, gələcək yaradıcılıq planları haqqında söhbət açıb, tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbirdə Cəlal Abbasovun BMT-nin mükafatına layiq görülmüş "İf I could see you again..." adlı IV simfoniyasının videoyazısı və "Sülhün səsi" adlı III simfoniyasından videofraqment nümayiş edilib.