"Eurovision 2017"nin ev sahibi Ukrayna olmayacaq?
Rusiya "Eurovision 2017"nin ev sahibliyini edə bilər.
8 Sentyabr 2016 12:41 DünyaRusiya "Eurovision 2017"nin ev sahibliyini edə bilər.
"Qafqazinfo" xəbər verir ki, bunu Avropa Yayım Birliyi (EBU) bəyan edib. Bildirilir ki, Ukrayna hökuməti yarışın harada və hansı vəsaitin hesabına keçiriləcəyini oktyabra qədər müəyyənləşdirməsə, ev sahibliyi Rusiyaya verilə bilər. Belə ki, qaydalara əsasən, qalib olan ölkə yarışı keçirməkdən imtina etdikdə müsabiqənin ev sahibliyi avtomatik olaraq 2-ci yer tutan ölkəyə verilir.
Xatırladaq ki, bu il keçirilən "Eurovision" musiqi yarışmasında Ukrayna 1-ci, Rusiya isə 2-ci yerin sahibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31