Gündəm
Pirallahıda süni gölməçələrin xəstəliklərin yaranmasına səbəb olduğu aşkarlanıb
Pirallahı rayonunun eyniadlı adasında yerləşən qəsəbədə ətraf mühitin mühafizəsi istiqamətində keçirilmiş ekoloji monitorinq zamanı bəzi pozuntu halları müşahidə edilib. APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib ki, Pirallahı adasında tullantı sularının axıdılması nəticəsində formalaşan süni gölməçələr yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar olaraq qismən quruyur. Bunun nəticəsində ətrafda üfunətli bataqlıqlar əmələ gəlir: “Payız və qış fəsillərində həmin gölməçələr sahil xətti boyunca yenidən öz formasını alır. Həmin süni gölməçələr adanın ekosisteminə mənfi təsirini göstərməklə yanaşı, müxtəlif xəstəliklərin yaranmasına da şərait yaradır”.
Dövlət Dəniz Administrasiyası: Qəza yerinə altı gəmi yönəldilib
Dövlət Dəniz Administrasiyası Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov bildirib ki, bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.
Netanyahunun Bakı səfəri Azərbaycana müsbət dividentlər gətirəcək
Azərbaycana qış fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb
Azərbaycana qış fəslinin daxil olacağı dəqiq vaxt açıqlanıb. AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun report-a verdiyi məlumata görə, Azərbaycana qış dekabrın 21-də saat 14:44:12-də daxil olacaq. Həmin gün ən uzun gecə olacaq. Dekabrın 21-dən sonra gündüzlər uzanmağa başlayacaq və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verəcək.
Xəzərdə neftçilərin itkin düşməsinə görə qərargah yaradıldı: ƏLAQƏ NÖMRƏLƏRİ
Sürücülərə qarşı bu qanunu tətbiq etmək mümkün olmayacaq
Əmək Nazirliyi 3 560 nəfəri peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib
Artıq hüquqi şəxslər cinayət təqibinə məruz qala bilər
Qanunvericiliyə edilən bu dəyişiklik hüquqi şəxslər barəsində cinayət təqibini və onlara qarşı cəzalar tətbiq olunmasını mümkün edəcək. Bunu hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.
Ekspert: "İsrailin Azərbaycana dəstəyini Qarabağ səmasında gördük"
"İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bütün istiqamətlərdə mühüm idi. Son illər ərzində bizim ölkələrin ticarət dövriyyəsi 4 milyard 850 milyon dollar təşkil edib. Azərbaycan İsrail üçün siyasi baxımdan da çox vacibdir".
Güləşçilər Dünya çempionunun mükafatı uğrunda yarışacaq
Goranboyda kəndə hücum edən çaqqaldan quduzluq nümunəsi götürülüb
Dekabrın 13-də Goranboy rayonunun Tatarlı kəndinə hücum edən çaqqaldan nümunə götürülüb. Bu barədə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
Azərbaycançılıq ideyalarının təbliğinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
Gəncə və Şəkinin su təchizatı yenidən qurulur
Suriya beynəlxalq güclərin savaş meydanıdı
Bu ölkə viran sayılsa da, inkişaf edir - GECİKMƏMƏLİYİK
5 ildən bəri qanlı vətəndaş müharibəsinin getdiyi, yaşayış məkanlarının viran qaldığı, İŞİD-in ölkənin az qala yarısına nəzarət etdiyi Suriyada 2017-ci ilin dövlət büdcəsi təsdiqlənib.














